Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Gərgin Berlin-Ankara münasibətləri: Ərdoğan niyə Almaniya ilə çarpışır?

Gündem, Türkiye 11 Temmuz 2017
344

Politoloq: “Türkiyə-Almaniya mübarizəsinin pik həddi hələ qabaqdadır”

“Türkiyə Almaniya ilə yaxınlaşmağa çalışır. Məqsəd Almaniya ilə yeni bir güc mərkəzi formalaşdırmaq istəyidir. Bu güc mərkəzinin Ankara-Berlin-Moskva üçbucağı fonunda yaradılmasına cəhd olunur”.

Bu sözləri politoloq Adgözəl Məmmədov Almaniyanın İncirlik hərbi bazasından öz hərbiçilərini və hərbi texnikasını çıxarması ilə bağlı qərarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gündür ki, Almaniya Türkiyə ilə siyasi gərginlik fonunda İncirlik hərbi bazasından öz hərbiçilərini və bərbi texnikasını çıxarmağa başlayıb. Belə ki, Berlin hökumətinin qərarına əsasən, 260 alman əsgəri və “Tornado” təyyarələri bazadan çıxarılacaq. Almaniya höküməti belə bir qərarı Hamburqda G20 zivəsində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu ölkədə yaşayan türklərlə görüşmək istəyini rədd edəndən sonra qərar verib. Almaniya höküməti Ərdoğanın bu xahişini vaxtsız xahiş adlandırıb və G20 zirvəsindən sonra Ərdoğanın Almaniyanın türk əsilli vətəndaşları ilə mitinq keçirmək istəyini sadəcə rədd edib. Xatırladaq ki, Türkiyədə keçirilən referendum öncəsi də Almaniya höküməti Türkiyə nazirlərinin Almaniyada mitinq keçirmələrinə icazə verməmişdi və buna görə Ərdoğan Almaniya rəhbərliyinə qarşı “faşist” kəlməsini işlətmişdi.

Bundan sonrakı mərhələdə Almaniya və Türkiyə arasında siyasi problemlərin daha da dərinləşməsi gözlənilirmi və gərgin Türkiyə-Almaniya münasibətləri Türkiyənin daxilindəki proseslərə, xüsusən də kürd probleminə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Image result for adgözəl məmmədov pia.az
Adgözəl Məmmədov: “Türkiyənin Almaniyanın daxili siyasətinə təsir edə biləcək çox ciddi insan resursları faktoru var”.

Siyasi arenada bir çox məsələlərdə Türkiyə və Almaniyanın fikir ayrılıqları olsa da, bu durumun iki ölkə arasındakı münasibətlərin konkret olaraq qopmasına rəvac vermədiyini bildirən politoloq Adgözəl Məmmədova görə, Almaniya-Türkiyə münasibətlərinin kəskinləşməsi zamanla daha kəskin sferaya keçə bilər:

“Məsələ burasındadır ki, dünya siyasi xəritəsində yeni qruplaşmaların, motivasiyaların və güc mərkəzlərinin formalaşdırılması üzərində cəhdlər edilir. Faktiki olaraq, Suriya məsələsində Türkiyə ABŞ tərəfindən gözlənilən dəstəyi görmədi və eyni zamanda kürd məsələsində ABŞ-Türkiyə arasında çox ciddi fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqlarının arxasında daha çox ABŞ və İsrailin kürdlərə dəstək verməsi dururdu və bu gün Orta Şərq coğrafiyasında yeni kürd zolağının çizilməsinin artıq addımları atılır. İndiki şəraitdə fakt olaraq Kürdüstan öz müstəqilliyini elan etməsi barədə referenduma hazırlaşır. Eyni zamanda Suriya, Mosulu da artıq kürdlərə verirlər və Suriyanın şimalında da bir kürd zolağı formalaşdırılmağa çalışır. Məqsəd isə sırf Aralıq dənizinə çıxışı təmin etməkdir.

Həmçinin Qətər məsələsində də Türkiyəni çox sıxışdırırlar. Çünki Qətərin çox ciddi yeraltı qaz ehtiyatları var və onun Avropaya çıxışının təmin olunması üçün yeni yaradılacaq kürd zolağından istifadə olunacaq. Türkiyə isə bunun əleyhinədir və Qətərlə yaxınlaşmasına səbəblərdən biri də qazın əsas mənbəyi olacaq yeri öz maraqlarına uyğun pozmaq istəyidir. Digər tərəfdən isə o planı pozmaq üçün Türkiyə Almaniya ilə yaxınlaşmağa çalışır. Məqsəd Almaniya ilə yeni bir güc mərkəzi formalaşdırmaq istəyidir. Bu güc mərkəzinin Ankara-Berlin-Moskva üçbucağı fonunda yaradılmasına cəhd olunur. Lakin Almaniyanın mövcud siyasi rəhbəri Ərdoğanın bu strategiyasına biraz xoş baxmır. Daha doğrusu, bu strategiyaya qarşılıq vermir. Müəyyən yaxınlıq göstəriciləri mövcud olsa da, Almaniya regionda mövcud olacaq yeni üçbucaqda yer almağa tələsmir. Buna baxmayaraq, mövcud siyasi reallıq Türkiyə siyasi rəhbərliyini çox operativ və aktiv addım atmağa məcbur edir.

Adgözəl Məmmədov: “Türkiyənin Almaniyanın daxili siyasətinə təsir edəcək gücü heç də ABŞ-dan az deyil”.

Burada bir məsələ var ki, Türkiyənin Almaniyaya təsir imkanlarından biri daha çox türk toplumlarıdır. Yəni, Türkiyə türk toplumları vasitəsilə Almaniyaya təsir göstərməyə çalışır. Çünki Almaniyada türklər arasında çox sıx birlik var. Bu faktordan istifadə etmək istər-istəməz Almaniyanı geri çəkilməyə məcbur edəcək. Almaniya sabitlik və stabilliyin qorunması baxımından zamanla bu addımı atacaq. Onu da qeyd edim ki, Almaniya , xüsusən də xristian siyasi çevrələrinin bir çoxu ABŞ proyektləridir. Tarixə nəzər salsaq, İkinci Dünya müharibəsindən sonra ABŞ yeni yaradılan Almaniya Federativ Respublikasının iqtisadiyyatı ilə yanaşı, siyasətinə də təsir göstərdi. Həmin dönəmdə Avropada və bütün dünyada anqlosakson təfəkkürlü siyasi çevrələrin formalaşmasına böyük vəsaitlər xərclədi. Anqlosakson təfəkkürlü siyasətin cücərtiləri bu gün Almaniya siyasətində təmsil olunublar. Həmçinnin Almaniyanın bir çox siyasətçiləri ABŞ-ın müvafiq strukturları ilə əlaqəlidirlər. Ona görə də Almaniya bu cür dilemma formalaşıb. Amma faktiki olaraq, Türkiyənin Almaniyanın daxili siyasətinə təsir edəcək gücü heç də ABŞ-dan az deyil.

Bu cür ziddiyyət Almaniya-Türkiyə münasibətlərinin tam kəskinləşməsinə səbəb olsa da, birmənalı şəkildə münasibətləri pozulması mümkün deyil. Çünki Türkiyənin Almaniyanın daxili siyasətinə təsir edə biləcək çox ciddi insan resursları faktoru var. Bu baxımdan biz hələ mübarizənin pik həddini görməmişik. Pik hədd hələ qabaqdadır”.

Gülşən ŞƏRİF
pia.az

Yorumlar