Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

Petrol Fiyatlarının Yükselmesi Üzerine

Rusya’nın Gerçekten Nükleer Füzesi var mı ?

Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır?

Ermenistan 10 Temmuz 2016
620

Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır?elhan Axı NATO-nun hər sammitində olduğu kimi Varşava toplantısının yekun bəyanatında da Gürcüstan, Ukrayna və Modlova ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi. Bu ATƏT sammiti deyil ki, Ermənistan veto hüququndan istifadə edərək yekun bəyanatın qəbuluna mane olsun. Əlbəttə, Sarkisyan sammitlərə dəvəti NATO rəhbərliyindən alır. Ancaq hər dəvət olunan yerə gedərlərmi? Bir halda ki, NATO bəyanatının Ermənistanın xeyrinə olmadığını sammitdən əvvəl biləsən. Ermənistan ordusu Azərbaycan ordusundan fərqli olaraq hərbi birləşmələrində nə NATO standartlarının qəbuluna səy göstərir, nə də Şimali Atlantika Bolkunun şərqdəki ən böyük layihəsi olan Əfqanıstanda hər hansı kiçik rola malikdir.

Serj Sərkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki, Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək.NATO bəyanatında digər dövlətlərlə yanaşı “Ermənistanın ərazi bütövlüyünə dəstək veririk” ifadəsi də vacibdir. Bu İrəvana mesajdır ki, necə ki, bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, Sən də zəhmət çək həmin ölkələrin, o cümlədən qonşun Azərbaycanın ərazi bütövlüyünə hörmət et. Ermənistan rəsmiləri qalxıb deməyəcəklər ki, “yox sənəddə Ermənistanıт ərazi bütövlüyü dəstəklənsin, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməsin”. Bunu desəydilər özlərini gülməli vəziyyətə salardılar. Sağ ol, NATO və Varşava sammiti! Bir daha Ermənistanın nə etməli lazım olduğunu onun üzünə dedin! Elhan Şahinoğlu

Yorumlar