Şimdi yükleniyor

Zeynal Emraliyev: HƏMAS SİLAHI TƏHVİL VERƏCƏKMİ

YAXIN ŞƏRQDƏ ƏN ÇOX VERİLƏN SUAL HƏMAS SİLAHI TƏHVİL VERƏCƏKMİ ? HƏMAS-ın Siyasi Bürosunun üzvü və Danışıqlar Heyətinin rəhbəri Halil əl-Hayya son açıqlaması ilə beynəlxalq medianın diqqətini bir daha Qəzzaya yönəldib. Onun sözlərinə görə, HƏMAS qüvvələri Qəzza zolağında bəzi israilli əsirlərin və ya onların cəsədlərinin axtarışı məqsədilə yeni ərazilərə daxil olmağa hazırlaşır. Əl-Hayya bununla yanaşı, təşkilatın silah siyasətinə dair prinsipial mövqeyini də açıq şəkildə ifadə edib: “Bizim silahımız işğalın və hücumların mövcudluğu ilə bağlıdır. Əgər işğal sona çatsa, bu silah dövlətə təhvil veriləcək”. HƏMAS rəsmisinin verdiyi bu açıqlama İsraildə müharibə əlehdarı insanları öz tərəfinə çəkmək üçün edilmiş bir siyasi gediş ola bilər. Bu açıqlama həm HƏMAS üçün daxili legitimlik, eyni zamanda beynəlxalq səviyyədə empatiya qazandırmaq üçün atılmış addım ola bilər. Məsələnin digər tərəfi isə HƏMAS – ın yeni ərazilərə daxil olacağını bəyan edərək öz gücünü göstərməsidir. Təşkilat hələ də Qəzza bölgəsində real varlığını göstərmək və vilayətin bəzi yerlərində öz gücünü bərpa etmək istəyir. Ancaq eyni zamanda ” HƏMAS silahların təhvil verilməsi ” ilə bağlı razılaşmaya da riayyət etməlidir. Bu isə HƏMAS-ın məqsədlərini legitimləşdirmə və ya gələcək siyasi həll yolu üçün dayaqlar qazanmaq cəhdinə bənzəyir. Təşkilat “işğal bitərsə, biz silahları saxlamayacağıq” mesajı verməklə qarşı tərəf və vasitəçiləri kompromis getdiyinə inandırmağa çalışır. Ancaq İsrailin bu qərara necə reaksiya verəcəyi maraq doğurur. İsrail bu xəbərdən dərhal hərbi addımla və ya önləyici tədbirlərlə başa vuran bilər. Bu isə döyüş əməliyyatlarının genişlənməsinə səbəb olacaq addımdır. Sabitliyin bərpa edilməsi üçün ilk öncə HƏMAS – ın silahları kimə və hansı şərtlərlə verəcəyi barədə razılıq əldə edilməlidir. Bu barədə dəqiq razılığın olmaması məsələn həm praktiki, həm də hüquqi yolunu çətinləşdirir. Bu isə Qəzzada sülhün bərpa olunması və bölgənin gələcək taleyinin qeyri – müəyyən olmasına gətirib çıxarır. HƏMAS – ın əsas məqsədi siyasi partiya şəklində fəaliyyətini davam etmək və növbəti seçkidə iştirak etməkdir. Uzun müddət ki, Fələstin Baş Assambleyasına seçki keçirilmir. Hazırda Mahmud Abbas hökumətinin reytinqinin aşağı olduğunu nəzərə aldıqda HƏMAS – ın seçkidə qalib gəlmək şansı yüksəkdir. Buna görə təşkilat silahların Ramallahda yerləşən hökumətə təhvil verilməsini istəyir. Bu isə HƏMASIN sadəcə özünü dövlətləşdirməsi anlamına gəlir. Buna görə də İsrail və müttəfiqləri HƏMAS – ı silahları Qəzzanın idarəetməsi ilə məşğul olacaq komissiyaya verməyə məcbur etmək istəyirlər. Əks təqdirdə Qəzzada hərbi əməliyyatların yenidən bərpa ediləcəyi gözləniləndir.

Share this content:

Yorum gönder