Şimdi yükleniyor

Kamran Caferov: ABŞ Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır

Kamuran

ABŞ Venesuelaya qarşı hərbi əməliyyata hazırlaşır və ABŞ siyasətinin “daxili mətbəxi”

ABŞ Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır

Tramp administrasiyası Nikolas Maduronun rəhbərlik etdiyi “Günəş karteli”nin istifadəsində olan Venesuela hərbi obyektlərinə zərbə endirmək qərarına gəlib. Zərbələr yaxın günlərdə başlaya bilər, məqsəd infrastrukturu məhv etmək və kartelin liderlərini aradan qaldırmaqdır.

ABŞ Maduronun ələ keçirilməsi üçün təyin edilən mükafatı 50 milyon dollara qaldırıb, onun yaxın çevrəsində olan nazirlər Kabello və Padrino Lopes üçün isə 25 milyon dollar mükafat təklif olunur. Kartel hər il təxminən 500 ton kokaini Avropa və ABŞ-a ixrac edir.

Avqust ayından etibarən ABŞ Karib dənizində üç esmines, 4500 hərbçidən ibarət amfibiya qrupu, F-35B qırıcıları, Reaper pilotsuz aparatları və 90 döyüş təyyarəsi olan USS Gerald R. Ford aviadaşıyıcısı ilə birgə hərbi qüvvə yerləşdirib.

Tramp üçün vacib olan odur ki, bu xəbərlərin fonunda neftin qiyməti artmasın və bu məqsədlə 2 gün qabaq Senat Baydenin Alyaska Milli Neft Ehtiyatında qazma işlərinə qoyduğu məhdudiyyətləri ləğv etmək üçün səs verib. İndi Nümayəndələr Palatasının məcburi məzuniyyətdən qayıdıb eyni qərarı təsdiqləməsi gözlənilir(bəs niyə N/P məzuniyyətdədir? Bu xəbərə qayıdacağıq).

Maduroya gəlincə onun rejiminin devrilməsində heç bir mənfi tərəf yoxdur. Venesuela xalqının narazılığı mövcuddur və ABŞ-ın nəhəng mükafatları bu əhval-ruhiyyəni daha da alovlandırır. ABŞ sadəcə rejimi hava zərbələri ilə “sarsıtmaq” istəyir, amma hələlik quru əməliyyatı planlaşdırmır.

Tramp zərbə planlarını təkzib edib. Bu yerdə bir siyasi zarafat yadıma düşdü: bir sayiə rəsmi şəxs tərəfindən təkzib edildiyinə qədər yalan sayılır.

Maduro Rusiyadan hərbi yardım istəyib və artıq müəyyən avadanlıq alıb. Əlbəttə ki, bu sistemlərin çox da köməyi olmayacaq.

* Konqresin Nümayəndələr Palatasında böhran yaşanır

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson hazırda özünün ən güclü səlahiyyətlərindən birindən istifadə edir: lazım bildiyi qanun layihələrini səsverməyə çıxarmamaq hüququndan. Amma qanunvericilikdə spikerin iradəsindən kənar N/P-də hər hansı qanunu səsverməyə çıxarmaq üçün “discharge petition” adlanan bir mexanizm mövcuddur. Əgər 218 konqresmen belə bir sənədə(“discharge petition”) imza atarsa, spikerin iradəsindən asılı olmayaraq qanun layihəsi səsverməyə çıxarılmalıdır.

Hazırda vəziyyət “Ceffri Epşteyn işi” üzrə sənədlərin dərc edilməsi məsələsinə görə gərginləşib, Conson bu qanun layihəni səsverməyə çıxarmaq istənir, konqresmenlər isə tələb edir. Petisiyanı artıq 217 nəfər imzalayıb, və cəmi bir imza çatmırdı. Bu imza da tapıldı, söhbət Arizonadan yeni seçilmiş(2025-ci ildə konqresmen Raul Qrijalvanın vəfatı səbəbindən N/P-də yer boşaldı) konqresvumen Adelita Qrijalvadan gedir. Qrijalva açıq şəkildə bəyan edib ki, and içdikdən dərhal sonra petisiyanı imzalayacaq.

Mayk Conson və respublikaçılar “Epşteyn sənədləri”ndən o qədər qorxurlar ki, Qrijalvanın and içməsinin yolu kəsmək üçün N/P-ni tətillərə göndərib və hər dəfə uzadırlar.

Amma bu taktika həm demokratlar, həm də mühafizəkar respublikaçılar tərəfindən sərt tənqid olunur, çünki dövlətin qanunverici orqanı faktiki olaraq iflic vəziyyətinə düşüb.

Share this content:

Yorum gönder