KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Yusif Baba: İRAN YENƏ HOQQA VERİR…

Yusif Baba: İRAN YENƏ HOQQA VERİR…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
59 0

İsrail ərazisinə gecə saatlarında 105 PUA, 36 qanadlı raket, 105 “yer-yer” ballistik raket atan İran nəinki məqsədinə çatmayıb və heç bir hədəfi vura bilməyib, ümiyyətlə qarşı tərəflə planlaşdırılmış “hücum” və ya “qisas” adı altında gülünc zərbələr endirərək özünü dünya qarşısında təlxək vəziyyətinə qoydu.
Hansı ki, iranın belə bir addım atacağı bir çox nüfuzlu mənbə tərəfindən öncədən açıqlanmışdı.
Vaxtilə 2020-ci ilin yanvarında “Qüds ordu komandanı” Süleymani ABŞ tərəfindən öldürüləndə də İranın aldığı gülməli qisas ssenarisini hamı xatırlayır.
İndi də İsrailin öldürdüyü 2 general, 5 yüksək rütbəli zabitin güya qisasını alan İranın bir neçə gün verdiyi hoqqa bu gecə tamamlandı.
1. İsrail zərbədən 11 gün keçəndən sonra(12 aprel) ilk açıqlamasını verdi – İranın hücumuna hazırıq.
12 gün sonra(13 aprel) qırıcılarının patrul xidməti apardığını, HHM qüvvələrinin iranın hücumunu dəf etməyə hazır olduğunu bildirdi.
2. İran öz növbəsində İsrailin bu açıqlamalarından sonra hücumun dəqiq vaxtı, uçuş trayektoriyaları, vuracağı hədəflər, hətta raketlərin İsrail ərazisinə çatacağı vaxt kimi ən məxfi informasiyaları ABŞ və müttəfiqləri ilə bölüşərək, sanki “mən atacam, siz vurun, narahat olmayın ziyan vurmayacam” deyib, “zərbə” endirdi.
Nəticədə raketlərin heç biri hədəfə çatmadı…
Daha sonra İran “biz qisasımızı aldıq, məsələ bağlandı” deyərək kimi buna inandırmağa çalışdı, o da bilinmədi. Axı heç kim inanmadı….
NƏTİCƏ:
– İran bununla güya qisas alaraq, daxilə hesablanmış addım atdı. İnanan olmadığı üçün nəticə sıfır.
– Bölgədə İran müttəfiqləri olan hizbullah, həmas və s. kimi təşkilatların və ya Fələstin ətrafında çevrələşən dövlətlərin İrana “danışmaqdan bir şey çıxmır, addım at” kimi qınamaları razı salmaq üçün bu addımı məcbur oldu. İnanan olmadığı üçün nəticə sıfır.
– Bir çoxları tərəfindən bölgədə nüfuz sahibi, hərbi-iqtisadi gücü çox böyük olan dövlət kimi tanınan, əslində nüfuzunu çoxdan itirmiş İran daha da məhv olmamaq üçün razılaşdırılmış hücuma məcbur oldu.
* İsrail daxildə Netanyahu hakimiyyətinə qarşı artan narazılıq hallarını İran generallarını öldürərək və irandan gələn zərbənin qarşısını müvəffəqiyyətlə alaraq daxildə nüfuznu bərpa etdi.
* Fələstinlə savaşına görə beynəlxalq səviyyədə nüfuz itirən İsrail İran və hizbullah saldırılarına görə legitimlik qazanaraq, müttəfiqlərini öz ətrafında sıxlaşdırdı.
*. Bölgədə nüfuz savaşı üzərində gedən savaşda ABŞ əsas rol sahibi olduğunu bir daha göstərdi.
*****. “Zərbə” vaxtının əvvəlcədən qeyri-iş günlərinə salınması isə birjada onsuz da 2024-cü ildə nəzarətdən çıxan və artımla hər gün rekordlar qıran qızıl, gümüş, neft qiymətlərinin bu “savaş”dan təsirlənməməsi üçün idi…

SONUNDA:
İran kimi dövlət, yalnız məzhəb adı altında müsəlman dövlətlərlə savaşa bilər, o da hər zamankı kimi ABŞ, Qərb və İsrailin dəstəyilə…
by@Yusif Baba
Yusif Baba

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir