KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Xankəndi hava limanının taleyi necə olacaq?

Elhan Şahinoğlu: Xankəndi hava limanının taleyi necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
326 0

Son günlər ən çox səslənən suallardan biridir. Erməni separatçıları Rusiya hərbçilərinin dəstəyi ilə hava limanını açmağa çalışırlar. Azərbaycan hansı şərt daxilində Xankəndi hava limanının fəaliyyətinə razılıq verə bilər? Yeganə şərtimiz hava limanının Azərbaycan sərhədçiləri ilə Gömrük Xidmətinin nəzarəti alına keçməsidir. Normal dövlətlərdə olduğu kimi istənilən hava limanında həmin ölkənin sərhədçiləri və gömrük işçiləri fəaliyyət göstərir. Bu baş verərsə hava limanının fəaliyyətə başlaması və rusiyalı hərbçilərin də Xankəndi hava limanından istifadəsi mümkündür.

Mənə elə gəlir ki, Azərbaycan hakimiyyətinin Xankəndi hava limanının yaxın müddətdə nəzarətə götürəcəyinə dair ciddi şübhəsi var. Əks halda Fizulidə hava limanının tikintisinə sürətlə qərar verilməzdi. Əgər biz Xankəndi hava limanını nəzarət altına ala bilməyəcəyiksə, şərtlərimiz qəbul olunana qədər həmin hava limanının qapılarının bağlı qalması məqbuldur. Digər tərəfdən Xankəndi hava limanının binası erməni separatizminin rəmzi şəklində inşa edilib. Başqa sözlə hətta həmin hava limanını nə vaxtsa ələ keçirsək və işlətməyə qərar versək, hava limanının binasını yenidən söküb yığmaq lazım gələcək. Bu bizə lazımdırmı? Fikrimcə, istifadəsiz qalan Xankəndi hava limanını ələ keçirməkdən daha vacib işimiz – hava limanı ətrafındakı müqəddəs saydığımız Xocalı üzərində nəzarəti təmin etmək planını reallaşdırmaqdır.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir