KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. TÜRKLƏRDƏ BAYRAQLAR,SANCAQLAR VE TUĞLAR

TÜRKLƏRDƏ BAYRAQLAR,SANCAQLAR VE TUĞLAR

Kafkassam Editör Kafkassam Editör - - 18 dk okuma süresi
374 0

Tarixdə var olan qədim dövlətlərin və millətlərin mövcud olduqlarını sübüt edən ən mühüm fakt – dəlillər, simgələr bayraqlardır. Bayraqlar həm də var olan dövlətlərin mədəniyyətlərini, qiymət verdikləri mənəvi dəyərləri özündə əks etdirir. Bu baxımdan bayraqlar, başqa deyimlə sancaqlar və ya aləmlər dünya tarixində mühüm önəmə sahibdirlər. Biz türklərin ataları əski və köklü dövlətlər qurduqlarından bizim də mədəniyyətimizdə bayraqların xüsusi əhəmiyyəti vardır. Bu yazımızda “Bayraq nədir?” sualına cavab tapmağa çalışacağam və türklərdə bayrağın önəmindən – bayraqların, sancaqların və tuğların fərqindən bəhs edəcəyəm.[/b]

İnsanlıq tarixinin ən qədim, ən ərdəmli və dəyərli duyğularından biri heç şübəsiz vətən, millət və bayraq sevgisidir. Bayraq bir ruhdur. Min illərdən ildən bəri əldə daşınmış , evə asılmış və şəhidlərimizin məzarlarının üzərinə sərilmişdir. Ovda və savaşda ondan yardım dilənilmişdir. Uğurun bayraqda olduğuna inanılmışdır. Bayraq qoruyucu bir ruhdur. Bayraq ölərmi? Ölməz! Çünki o Türk millətinin soyunun bir kökü və simgəsidir. Türklərdə bayrağın kökü yerə sağlam saplanmalı, başı isə göylərdə olmalı və ən uca yerdə dalğalanmalıdır. Bu yerdə ilk Azərbaycan Cumhuriyyətinin qurucusu, görkəmli ədibimiz, türk millətinin dəyərli düşünürü Məmhəmməd Əmin Rəsulzadə bu sözlərini xatırlatmaq istərdim: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Türklərin bayrağa verdiyi dəyər bu sözlərdə əks etdirilmişdir. Türk tarixinin önəmli tarixçilərindən olan Prof. Dr. Bahaeddin Ögel bayraqla əlaqədar bunları qeyd etmişdir: “Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq qutlu – müqəddəs və mübarək bir insan kimidir; əsəbləşər, sevinər, küsər, düşerse onu tutanlarda yox olur. Kökü, dibi yerde; başı ise göylerde olan bir varlıqdır. Göylərdə enginləşir, yayılır, ucalır, millətlərin soyunun və kökünün semvoludur.”

Bayraq sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər vardır. Kimisi “bayraq” sözcüyünü ərəb mənşəli hesab edir, raye və liva kəlimələrinin qarşılığı olan “bayrak” kəliməsinin türkcə qarşılığın alem veya yaygın olarak “sancaq” olacağını düşünür. Sancak, orduların təmsil etdikləri dövlətin əlaməti-simgesi olaraq istifadə etdikləri bayrağın adıdır. Simge: Belli bir insan öbeğinin, topluluğunun razılaşma yoluyla hər hansı bir əşyaya bəlli bir anlam verdiyinin göstərgəsidir. Bir şeyi göstərən, bir anlamı, bir düşüncəyi bildirən görülə bilir nəsnədir. Görülməz bir gərçəkliyi canlandıran imge ya da özəl-xüsusi nəsnəyə simgə deyilir. (Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.16.) Bayraq çox qədim bir şeydir. Əski Misirlilərlə, müasir mövcud olan yaxud onlardan mədəniyyət örnəyi alan qövümlər nəzərində bayraq qoruyucudur . Dünya millətləri nəzdində əks etdirdiyi məna çox böyük olan bayraqlar, qədim türklərdə də bir xeyli önəmliydi. Türk tarixində tuğ namıyla anılan şey əski türklərin bayrağı idi.

Bayraq: Bir millətin varlığını, bir dövlətin hakimiyyətini təmsil edən əsgəri və ya bənzəri bir müəssəsənin rənglərini, əlamətlərini daşıyan bir mizrağın ucuna dalğalanacak şəkildə asılan simvol, işarət, şey, rayət, sancak, aləm olaraq tanımlanmaqdadır. Yenə sancak kəliməsinin ərəbcə qarşılığı bayrak və ya aləmdir. Çağatay lügətində “baydaq” olaraq keçməkdədir. Bu sözcük Azərbaycan türkçəsi ləhcəsində bəyliyin əlaməti (iz, işarət, bəlgə), çağatay ləhcəsində də “mücadələdə, yarışda verilən mükâfat” anlamında istifadə edilirdi.

Bəziləri isə “bayraq” sözcüyünün tam mənasıyla Türk sözü olduğunu hesab edir. Kaşgarlı Mahmuddan bu kəlimənin XI əsrdə Oğuz Türkləri arasında bayraq və batrak biçimlərində və yaxın olaraq bugünki mənada istifadə edildiyini bilirik. Hətta bəziləri saf – təmiz olaraq heç bir dilin təsirində qalmadan meydana gələn Türk sözü olduğunu hesab edir. İlk Müsəlman Türk dövləti olan Karahanlı Dövlətinə mənsub olan və Türkistanın Kaşqar şəhrində yaşayan dil bilgini Mahmut tərəfindən 1069 ilində yazılan əsər, türkcə öyrənmək istəyən qeyri-millətlər, xüsusi ilə ərəblər üçün qələmə alınmış Türkçə-Ərapcə bir sözlük olan Divanü Lügati’t-Türk’də “batrak” şəklində yazılan bayraq kəliməsi “savaşlarda istifadə edilən və ucuna bir ipək parçası taxılan mızraq” kimi açıqlanır. Bu baxımdan, əski Uygur mətinlərində də bayrak kəliməsiylə parallel anlam daşıyan “badruk” istifadə edilmişdir. Eyni əsərdəki bir mənzumədə isə kəlimə bayrak şəklində istifadə edilmişdir və Oğuzlar arasında da belə tələffüz edildiyi bildirilmişdir. Bununla bərabər türklər bayraq yerinə daha çox sancaq kəliməsini istifadə etmişlərdir. “Bayraq” və “batrak” şəkilində Oğuzlarda istifadə edildiyindən bəhs edərkən məna fərqlərini də qeyd etmək lazımdır.

[b]BATRAK: [/b]Tək başına müharibə edən mühariblərə məxsus və ipəkdən düzəldilmiş aləmdir. Bu izaha görə Batrak, mübarizlərin istifadə etdikləri bir çeşit mızraq olur. Bu mızraqların təmrənlərindən – iti uclarında sonra flamalarda (Avropa dillərindən gələn, xüsusi simgə-simvol əks olunana bayraq. Örnəyin bir üniversitetin bayrağı) olduğu kimi bir bez parçası vəya bir heyvan kuyruğu olurdu.

[b]BAYRAK:[/b] Oğuz Türkləri arasında eyni zamanda bayraq şəklinin də istifadə edildiyini yenə Divanu Lügati`t-Türkdən alınan bu misralardan da öyrənirik:

[b]Ağdi kızıl bayrak
Tağdı kara toprak
Yetşü gelüp “uğrak”
Tokşip anın giçtimiz.[/b]

Şeirdə qızıl bayraq, yüksəldiyi zaman qara torpağı havalandıran və bütün bir savaşçı topluluğunu arxasınca sürükləyən bir güc, bir əlamət olaraq göründüyündən bəhs edilir. Bu örnək, bayraq sözcüyünün günümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan gəldiyini göstərmək baxımından önəmlidir. Demək olar ki, Oğuzlar arasında heç olmazsa XI yüzildə bir bayraq kəliməsi vardı. Bayrağın qızıl rəngdə olduğunu qırğızların Manas dastanında da görürük. Düşmənlərə qarşı qırğız qəbilələrinin “qızıl tuğ” ətrafında toplandığı bu dastanda anladılmaqdadır. Altay türkləri qurban edilən heyvanın dərisini muqəddəs qayın ağacından bir budağın ucuna asaraq bayraq şəklini əmələ gətirərlər və bu surətlə ərvahı (ruhları) məmnun edərlərdi. Bu bayrağın adına “paydara” deyilirdi. Sonralar bu dərinin yerinə kumaş-parça qoymağa başlandı. Hələ də altayılar müəyyən bir miqtdr parçaya payrı deyərlər. Bayrağın qızıl rəngdə olduğunun bir dəlili də Şamanlıkda ruhların şərəfinə tikilən bayraqların qırmızı rəngdə olmasıdır. Günəşə və atəşə bənzəməsindən kinayə olaraq altaylılar bu bayraqlara yalama deyərlərdi. Türk alemində bayraq olarak dalğalanıb gələn bu məna psixoloji-sosial dəyişmələrinə tabe olaraq bəzi rəng və xidmət fərqi göstərmiş isə də bu müvəqqəti ayrılımlarından dərhal dönərək yenə semantik cövhərinə qovuşmuşdur. Yəni əsas olaraq türk milli rəmzini, rəngini və bayraq adını mühafizə edərək gəlmişdir. Bayraq kəliməsi morfolojik baxımdan incələndiyində də “Bay” kəliməsinin “böyük, əfəndi, Tanrı” mənalarını bildirdiyini, ayrıca “böyüyə layiq, böyüyə məxsus” mənalarına da gəldiyi, “ak” kəliməsinin də “güc, qüvvət, mükəmməllik” mənası daşıdığı görülməkdədir.

Bəzi alimlər isə bayraq – aləm, sancaq və tuğ qavramlarının fərqli olduğunu düşünürlər. Bu baxımdan mövzuya yanaşanlara görə türklərdə sancaq kəliməsi əsgəri, bayraq kəliməsinin isə fərqli olaraq daha çox siyasi, qismən də dini ədəbiyyatlarda istifadə edilmişdir. Sancaq sözcüyünün türkcədən, ərəbcə və farscaya keçdiyinin bəlirləyən Prof. Dr. Hasan Eren bayraq və sancaq qavramlarını etimolojik yöndən incələmiş və bu mövzuda çox önəmli bilgilər əldə etmişdir. Qısaca olaraq bunları qeyd edirdi: “İstər – aq, istər – kak şəkilçisi ilə əmələ gəlmiş olsun “sancaq” sözü “batırmaq, saplamaq” anlamına gələn sanc – kökündən gəldiği açıqdır. Türkçədə “bir ulusun, bir topluluğun və ya bir quruluşun simgəsi” olaraq istifadə edilən “bayraq” sözünün türkçə bir kökdən olduğunu ilk baxışda inkar etmək asan deyildir. O baxımdan əski lüğətlərdə ara sıra “bayraq” sözünün qonşu dillərdən qalma bir söz olduğu belə söylənmişdir. Sancaq – alay-əsgəri birlik bayrağı, kəliməsi türkçə olmaqla bərabər Sancak-ı Şerif kimi alınma sözlərlə birləşik hallarda da istifadə edilmiş və Osmanlıca da “sanacık” şəklində cəmləndirilcişdir.

Türkçə bayrak, Azərbaycan Türkcəsində bayraq, Baş – kurt türkcəsində bayrak, Qazax türkcəsində bayrak, Qırğız türkcəsində bayrak, asaba, özbək türkcəsində bayrak, tatarca bayrak, türkməncə baydak, uyğur türkcəsində bayraq bir tərəfdən sopaya pərçinlənmiş – möhkəm bağlanmış və üzərində simvolik yazılar və rəsimlər olan rəngli parçadan meydana gələn bayrağı ifadə edirdi.

Buna görə, bayraq tamamən bir bez-parça bayraq olaraq anlaşılır (Hun məzarlarında, özəlliklə örgülü yaxşı qorunmuş bayraqların var olduğunu qeyd etmek lazımdır. Kumaş-parça bayraqlar Avropaya IV-V yüzillərdə Hunlar tərəfindən gətirilmişdi). Diqqət cəlb edicidir ki, bayraq hər zaman birliyin digər simvollarından ayrı göstərilirdi. Bu səbəbdən, İslam öncəsi dönəmdə yazılmış və XIV yüzil əlyazmasıyla günümüzə qədər gələn türk dünyasının görkəmli “Kitabi Dədə Qorqud” dastanında belə bir ifadə yer alır: “Qılıçla məhv edərək, düşmanın tuğ və bayrağını indirin”. Ortaçağ qaynaqlarında Bayraq və tuğ fərqli simgələr olaraq göstərilmişdir.

“Kitabi Dədə Qorqud” dastanında bayrakdan ayrı olarak “sancaq” kəliməsi yer almaqdadır.

F.Kurtoğlu, sancak teriminin, çadır ortasındakı dirəyə asılan bu veya digər simvolu ifade etdiyini yazır.

Çağdaş türk ləhcələrində “sancaq” daha çox Türkiyə türkçəsində istifadə edilir, digər ləhcələrdə isə arxaizm olaraq qalmaqdadır.

“Kitabi Dədə Qorqud” dastanında, sancaqla bərabər “tuğ” hakimiyyət simgələrindən biri olaraq anılmaqdadır.

Tuğ – dirək, kürə və hilal şəklində olan topuzdan meydana gəlirdi. Ümumi ağırlığını yüngülləşdirmək üçün dirəyin içi oyuq olurdu. Topuzun altına kimi zaman müxtəlif rənglərdə boyanmış at tükü, qurd və öküz quyruqları bağlanırdı. Çağdaş Türk ləhçələrində “tuğ” sözü (Qazaxda – tuv; Qırğızda – tu) arxaik kəlimədir Türk tarixində tuğ namıyla anılan – xatırlanan şey əski türklərin bayrağı idi. Bu bayraq, əski türklərdə müqəddəs sayılan “Tibet Öküzü”nün quyruğundan meydana gətirilirdi. Bu öküzün kuyruğu at quyruğuna bənzərdi. Sonralar nəsli yavaş-yavaş tükənən Tibet Öküzü quyruğu yerinə at quyruğundan tuğlar düzəldilmişdir.

Sizlərə bayraqlardan, sancaqlardan, tuğlardan və onların fərqlərindən qısaca bəhs etdim. Yuxarıda qeyd etdiyimiz kimi bu simgələr əski türklər üçün çox önəmli idi və var olduqlarına işarə idi. Bir millətin vətəninə, yurduna, ulusuna verdiyi qiymət, dəyər özünü bayraq, sancaq və tuğlarına verdiyi önəmdə əks etdirir. Türk törəsində, vətən, millət və bayraq sevgisi, ana-ata sevgisindən öncə gəlir. Çünki vətən və bayraq olamazsa ailə ocağı təhlükəyə düşər. Qədim türklər yurdlarına bağlıdırlar. Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı vətən saymağda (Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər (türklərin köçlərinin digər bir səbəbi). Qısaca Türk kültüründə vətən, türk tuğlarının və ya bayrağının dalğalandığı yerdir.

Burdan da anlaşıldığı kimi biz türklərin vətən anlayışında bayraq və tuğların önəmi əvəz olunmazdır. Tam da şairin ifadə etdiyi kimi “Ey mavi göylərin bəyaz və qızıl süsü, /Qız kardeşimin gəlinliyi, şəhidimin son örtüsü. İşıq işıq dalğa dalğa bayrağım, / Senin dastanını oxudum, senin dastanını yazacağım!..

BİZ TÜRKLƏR VƏTƏN ÜÇÜN, BAYRAQ ÜÇÜN ÖLƏRİK-ŞƏHİD OLARIQ VƏ ÖLDÜRƏRİK.

[b]“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa vətəndir.”
[/b]
[b]P.S.[/b] Yazının hazırlanmasında verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!
————————-
Aynur Talıblı

İstanbul Sabahattin Zaim Üniversiteti
Tarix ve Mədəniyyət Araşdırmaları Bölümü
——————-
İstifadə olunan mənbələr

1 . A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 42, ERZURUM 2010, 209-239
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*
2. AKSU (Mahallî) Gazetesi 28 Aralık 1994 tarih ve 344 sayılı nüshasında neşredilmeye başlanmıştır. BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ.
3. Bahattin Ögel, Türk Kültür Tarihine Giriş, T.T.K Yay., Cilt: VI, Ankara, 1984, s.311–312–313.
4. 1. deki kaynakla aynııdır.
5. Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.160.
6. Örnekleriyle Türkçe Sözlük, Milli Eğitim Bakanlığı Komisyon Yayınları: 2798, Cilt:1, İstanbul, 2004, s.276.
7. Hakan Keskin Türk Tarihinde Bayraklar ve Sancaklar, JGK “Jandarma Dergisi” Sayı:114, Ankara, 2007, s.42–45.
8. BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994,s.2.
9. Türk devletlerinin isimleri ve bayrakları. osmanli.site (internet sitesi). BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994, s.3.
10. Fevzi Kurtoğlu, Türk Bayrağı ve Ay Yıldız, Türk Tarih Kurumu Yayınları, Ankara, 1992, s.5.
11. Hasan Eren, Etimolojik Çalışmalarda Metodoloji Sorunları–1, TÜRK DİLİ Dergisi, TDK Yay., Sayı: 631, Ank., Tem.–2004, s.3–7.
12. Ferit Devellioğlu, Osmanlıca-Türkçe Ansiklopedik Lûgat, Aydın Yayınları, Ankara, 2000, s.919.
13. Türk halklarında devlet ve hâkİmİyet sembollerİ – “bayrak”, “sancak”, “tuğ” Dr.Sebuhi Ahmedov Tarih Bilimci.[8, с.50],[8, с.50](13)
14. Mehmet Zeki Pakalın, Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü, Cilt: III, MEB Yayınları, İstanbul, 2004, s.116–118.
15. 1. deki kaynakla aynidir.
16.Dr.prof.İbrahim Kafesoğlu(Türk Milli KÜLTÜRÜ)(Ülke)
17.TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL* 1. , 4. , 17 . kaynak aynıdır.
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir