KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyədəki mövcud parlamentar sistem insanları siyasi baxışlarına görə parçalayırdı

Türkiyədəki mövcud parlamentar sistem insanları siyasi baxışlarına görə parçalayırdı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
401 0

Dünən Türkiyədə keçirilən referendum seçkiləri cüzi fərqlə də də olsa xalqın dəstəyini aldı. Bir çox maddələrə ediləcək dəyişikliklərə, ən əsası, dövlətin parlament üsul idarəsindən prezident idarəsinə keçirilməsinə 51 faizdən yuxarı seçici səs verdi ki, bununla da bütün nəticələr “Evet” sözü altında müəyyənləşdi.

Bəs, bundan sonra “evet”li Türkiyənin aqibəti necə olacaq? 1923-cü ildən bu yana formalaşan mövcud idarəçilik sistemindən sonrakı mərhələdə qardaş ölkəni nə gözləyir?

Siyasi psixologiya üzrə onlarla kitabın müəllifi olan, tədqiqatçı politoloq Adıgözəl Məmmədov Moderator.az saytına açıqlamasında referendumun nətoicələrindən sonrakı durum barəsində fikirlərini bölüşüb:

“Ümumiyyətlə, son dönəmlərdə Türkiyənin etnososial coğrafi xəritəsinə baxsaq, görürək ki, müəyyən siyasi təhlillər, analizlər, müşahidələr Türkiyə siyasi elitasında hansısa təşəbbüslərə əl atmağa imkan verirdi. Elə hesab edirəm ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu islahatların aparılmasında müəyyən strateji məqsədləri vardı. Bu məqsədlər Türkiyənin regiondakı mövcud geopolitik reallıqları baxımından vacib idi. Xüsusən də son dönəmlərdə Türkiyədə etnik səpkidə aparılan siyasət- təsəvvür edin ki, bir millərin mənsubiyyəti əsasında siyasət qurulur və partiya yaradılır, o da parlamentdə təmsil olunur- istər- istəməz müəyyən parçalanmalara aparıb çıxarır. Türkiyə çoxmillətli ölkədir. Etnosiyasət üzərindən Türkiyənin idarəedici həyatında yer tutan çevrələr müəyyən təəbbüsdə bulunurdular.

Mamedov Adgezal adlı şəxsin şəkli.

Bir məsələni qeyd etmək istərdim. Dünənki nəticə, faiz göstəricisi AKP-nin hər zaman əldə etdiyi nəticələrlə demək olar ki, eynidir. Bir az da MHP-nin dəsətk olduğunu nəzərə almalıyıq.

Türkiyədəki mövcud parlamentar sistem insanları siyasi baxışlarına görə parçalayırdı. Bu, tamamilə Türkiyənin dövlət strategiyasına hesablanmış referendum idi. Amma hələ də insanlar, türk cəmiyyəti siyasi qılafdan kənara çıxa bilmirlər. Bunun təhlükəli tərəfi var. Hələ ki, bu qılafın içərisində qalmış insanlar müəyyən mənada dövlət əhəmiyyətli strateji məqsəd daşıyan islahatları əks partiyanın mənafeyi kimi qiymətləndirəcək. Bu proses artıq başlayıb. Bu, Türkiyə cəmiyyətində müəyyən mənada fikir qarşıdurması üçün şərait yaradır. Düşünürəm ki, biz də ölkə başçısının təbrikinə qoşularaq, Türkiyəni referendum nəticələrinə görə təbrik etməliyik. Əslində, bu referendum gələcək üçün müəyyən nəticələr çıxarmağa şərait yaratdı, həm də Türkiyə cəmiyyətinin nə qədər konservator olduğunu göstərdi. Yəni, cəmiyyətin böyük hissəsi müəyəyn partiyanın ideoloigiyasının arxasında dayanır və baş verənlərə o partiyanın baxış bucağı altından baxır. Bu, çox təhlükəli bir işdir. Referendum keçirildi. Türkiyə cəmiyyətində təhlükəsizliyin qorunması baxımından bu yanaşmadan qurtulmaq lazımdır. Bu hər hansı bir şəxsin mütləq hakimiyyəti deyil. Türk dövlətinin , kimliyinin formalaşması baxımından referendumdan nəticə çıxarmaq lazımdır”.

Elmin Nuri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir