KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Rusiya Ermənistana hərbi müdaxilə edərsə…

Kamal Aliyev: Rusiya Ermənistana hərbi müdaxilə edərsə…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
105 0

Azərbaycan mediası yazır ki,Putin Paşinyanın qələmini qırıb və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün ya Ermənistanın daxilində xaos yaradacaq,ya da bu ölkəyə hərbi müdaxilə edəcək.
Düşünürsən ki,adamlar bunu hansı məntiqlə deyirlər…
Rusiyanın Ukrayna kimi Ermənistanla birbaşa sərhədi yoxdur və mütləq başqa ölkənin ərazisindən ora müdaxilə etməlidir.
Ermənistanın İran da daxil bütün qonşularının ərazisindən bu ölkəyə hərbi müdaxilə etmək qeyri-mümkündür.Kiminsə aglına gələ bilər ki,Qarabag ərazisindəki rus sülhməramlılarından bu məqsədlə istifadə edilə bilər.Bu iddia da inandırıcı deyil və belə olan təqdirdə,bütün Azərbaycanın üzərinə yüklənər.Hər halda,Azərbaycan iqtidarı o qədər də axmaq deyil ki,belə agır macəranın altına girsin.
Bu,Azərbaycanın da daxil oldugu regional konfliktə səsbəb ola bilər.
Yəni Ukraynada oldugu kimi,Rusiya ilə münaqişə mərhələsində Ermənistan üçün yeni “Polşa”lazım gələcək və heç bir dövlət buna getməz.Dogrudur,NATO ölkəsi kimi Türkiyəni nəzərə almaq olardı.Ancaq bu variantda mümkünsüzdür.Əvvala,Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur və sərhədlər hələ də baglıdır.

Gürcüstanın da Ermənistan üçün “Polşa”rolunu oynaması qətiyyən mümkün deyil.Tbilisi son 20 ayda Rusiya ilə qarşı-qarşıya gəlməmək üçün,bu ölkənin ərazisindən Rusiyaya qarşı ikinci cəbhənin açılmamasından ötrü olduqca həssasdır.Mənə görə,gürcülər 2008-ci ildəki ugursuzlugu hələ unutmayıblar.
O zaman Rusiyanın əlində iki rıçaq qalır:təmamilə Rusiya iqtisadiyyatına inteqrasiya olunmuş Ermənistana təzyiqləri artırmaq və ən başlıcası sosial-iqtisadi vəziyyəti gərginləşdirməklə xalqı Paşinyan hökumətinin əleyhinə qaldırmaq.Hərçənd,bu məsələdə də Putinin imkanları zəifdir.Belə ki,Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yaxın tarixdə olmadıgı qədər yüksəkdir.Hətta son rəy sorgularına görə,ermənilərin simpatiya bəslədiyi ölkələr arasında Rusiya beşinci sıradadır.

Ən başlıcası isə budur ki,Rusiyanın Paşinyanı devirmək üçün Ermənistanda güvənəcəyi siyasilər olduqca zəifdir və bu da öz növbəsində hakim komandaya məlumdur.
Təbii ki,Ermənistanın Qərbə yaxınlaşmasının qarşısını almaq üçün Rusiyanın başqa alternativləri də ola bilər.Ancaq ilk baxışda hələ ki,Moskvanın əlində ən təsirli rıçaq iqtisadi müdaxilədir.Ruslar şübhəsiz ki,bu təzyiq metodunu hesablayır,lakin bunun da risqlərini bilirlər.Əgər Kremlin Paşinyanı devirmək üçün iqtisadi təzyiq metodu səmərə verməzsə,bu,erməni dövləti və xalqı arasında Rusiyaya qarşi nifrəti daha da artıra bilər.Ruslar bu risqi qiymətləndirməməyə bilməz.

Eyni zamanda,Qərb də Moskvanın Ermənistana qarşı hansı addımlar ata biləcəyini hesablayır və öz adekvat cavabını da buna görə verəcək.Prinsipcə,digər bir variant-Moskva və Yerevan arasında buzların əriməsi də ola bilər.Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl bəyan etmişdi ki,onlar hər hansı bloka qoşulmamaya da bilərlər.Bu variant bir müddət Moskvanın da maraqlarına cavab verir.Ancaq sonra…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir