KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Turan Rzayev: Xamenei Suriyadan cox Cənubi Qafqazdan narahatdır!

Turan Rzayev: Xamenei Suriyadan cox Cənubi Qafqazdan narahatdır!

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
30 0

Astana üçlüyü bir araya gəldi
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü gerçəkləşdi. Görüşün sonunda birgə bəyannamə qəbul olunub:

Birincisi, bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

İkincisi, tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Üçüncüsü, İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Astana formatı Suriya düyününü aça biləcək?

Ümumiyətlə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir bir neçə dəfə təxirə salınmışdı.
Astana üçlüyünün görüşü sonrası tərəflər bəyannamə qəbul etsələr də format Suriya münaqişəsinin nizamlanmasında elə də effektiv deyil. Rusiya İran və Türkiyənin Suriya üzərində maraqları apayrıdır. Düzdür, dünyada və regionda baş verən son hadisələr tərəflərin uzlaşmağa yaxın olduğu təəssüratı bağışlasa da Tehran, Moskva və Ankara milli və geosiyasi maraqları kəskin fərqlənir. Misal üçün Türkiyənin Suriyadakı maraqları həm də ABŞ-NATO kontekstində dəyərləndirilməlidir. ABŞ və NATO faktoru isə özlüyündə Tehran və Kreml ilə fikir ayrılığı yaranmasına səbəb olur.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Halbuki Qərbin və ABŞ-ın Suriyaya tədbiq etdiyi əksər sanksiyalara Türkiyə də qoşulub. Türkiyə birtərəfli sanksiyaları rədd etsə də kollektiv sanksiyalardan yayına bilməyəcək. NATO və ABŞ-ın əksər sanksiyaları konketiv sanksiyalardır.

Digər tərəfdən, tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Prinsip etibarilə hər üç ölkənin bu gün Suriyada hərbi kontingenti, hətta bazası var. Bundan başqa hər üç ölkənin dəstəklədiyi qruplar da var.

Moskva və Tehran Əsədi dəstəkləsə də Ankara bu məsələdə Qərb ilə ortaq hərəkət edir. Digər tərəfdən, Prezident Ərdoğanın Əsəd əleyhinə dediyi ağır ittihamlar da məlumdur. Ümumilikdə isə Türkiyə Suriyanın ərazi bütövlüyünə sadiqdir və bunu hər zaman dilə gətirib. Yəni Suriyanın ərazi bütövlüyü deyərkən top Ankaranın üzərinə atılır.

O ki qaldı Rusiya prezidenti türkiyəli və iranlı həmkarını növbəti görüş üçün Rusiyaya dəvət etməsinə bu görüşündə İrandan fərqli nəticələr ilə yadda qalacağını düşünmürəm. Ən azından Suriya ətrafında aparılacaq müzakirələr üçün bu belə olacaq.

Ərdoğan-Xomeyni görüşü

Ərdoğan Tehrana səfəri çərçivəsində İranın Ali dini lideri Əli Xamenei ilə də görüşüb. Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib. Görüşdə İran Prezidenti İbrahim Rəisi də iştirak edib.

Əli Xamenei İranda siyasi hakimiyyət pramidasının ən üst nöqtəsində olduğu üçün Ərdoğanın səfərini İbrahim Rəisi görüşü kontekstində deyil, məhz Xamenei görüşü kontekstində izah edilməlidir.

Aydındır ki, İran başda Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirməsi olmaqla bir çox məsələdə Türkiyədən narazıdır. Bu narahatlığı vaxtaşırı başda İran ali dini lideri olmaqla, siyasi elitanın əksər nümayəndələri də dilə gətirir. Təsadüfi deyil ki, Xamenei Türkiyə prezidenti ilə görüşdə narazı olduğu bir çox məqamları qeyd etdi.

Xamenei-Ərdoğan görüşünün bəlkə də ən diqqətçəkən məqamı tərəflərin Cənubi Qafqaz ətrafında məsələləri müzakirə etmələri oldu. Rəsmi Tehran Ankara və Bakının regionda yaratdığı yeni reallıqlardan narahatdır. Bunu İran liderinin diplomatik tərzdə təhdid qarışıq gündəmə gətirməsi də təsdiqləyir.

Görüş sonrası İran mediası yazır ki, Ali dini lider Ərdoğana belə deyib: “Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Əlbəttə İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”. Göründüyü kimi Xamenei 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə yaranmış sərhədi “min illərdir” adlandırıb.

İran Zəngəzur dəhlizinə qarşıdır və bunu necəsə bu və ya başqa formada əsaslandırmağa çalışır. Ancaq Xomeyninin nə deməsinin heç bir mənası yoxdur. Məsələ ondadır ki, 10 noyabr bəyanatında bu məsələ öz əksini tapıb və başda Rusiya olmaqla Türkiyə, Ermənistan da bunu qəbul edib.
İrana gəldikdə isə 1920-ci ildə regionda süni şəkildə dəyişdirilən siyasi reallıqları Tehran qəbul etdiyi kimi bugünkü reallıqları da qəbul etməlidir.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.