KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Əliyev və Ərdoğan xəbərdarlıq etmişdi

Turan Rzayev: Əliyev və Ərdoğan xəbərdarlıq etmişdi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
167 0

BMT TŞ-nın hansı səhvi İsrail HƏMAS müharibəsini başlatdı?

İsrail-HƏMAS müharibəsi bütün şiddəti və amansızlığı ilə davam edir. Müharibənin hər iki tərəfi də amansızdır hər iki tərəfi də beynəlxalq hüququn norma və prinsiplərinə, habelə insan haqlarına riayət etmir.

Hər iki tərəf müharibə gedişatında mülki obyektləri hədəfə alır, bunun nəticəsində də qadınlar, uşaqlar, qocalar, bir sözlə mülki şəxslər yaralanır, həyatını itirir. Sonuncu dəfə Qəzzadakı xəstəxanaya endirilən zərbə də bir daha İsrail-Fələstin müharibəsinin miqyasının dəhşətini və amansızlığını göstərdi.

Diqqətçəkən əsas məqam isə baş verən hadisələrə başda BMT Təhlükəsizlik Şurası olmaqda beynəlxalq təşkilatların laqeyd qalmasıdır. Ən elementar şəkildə Qəzzada xəstəxanaya edilən hücuma dair heç bir araşdırma aparılmadığı kimi şifahi ya da yazılı etiraz da səslənmədi.

Ümumiyyətlə mövcud İsrail-HƏMAS müharibəsinin başlanmasında BMT TŞ-ın səhlənkarlığı böyükdür. Məsələ ondadır ki, HƏMAS Qəzzada hakimiyyəti əla aldıqdan sonra ərazidə geniş şəkildə silahlanmaya getdi. HƏMAS mülki şəxslərdən İsrail ilə gərginlikdə aktiv şəkildə istifadə etdi. Ən əsası da HƏMAS humanitar yardım adı altında əraziyə külli miqdarda silah-sursat cəmlədi. Bütün bunlar baş verərkən isə BMT TŞ heç bir tədbir almadı.

Reallıq ondan ibarətdir ki, BMT TŞ bu gün ona olan gözləntiləri doğrultmur. Dünyada münaqişələr hərbi yolla həll edilir yada edilməyə çalışılır, dondurulmuş münaiqşələr yenidən alovlanır, yeni münaqişlər yaranır. Lakin bütün bunlara baxmayaraq BMT TŞ siyasi polimika meydanını xatırladır.

Ümumiyyətlə BMT TŞ-nın fəaliyyətsizliyinin ən önəmli səbəbi 5 (Çin Fransa Rusiya Birləşmiş Krallıq ABŞ) daimi üzv və onların veto hüququ məsələsidir. Aydın məsələdir ki, Rusiya və Çinin verdiyi təklifləri Fransa, Birləşmiş Krallıq, ABŞ veto edir. Və ya Fransa, Birləşmiş Krallıq, ABŞ-ın verdiyi təklifləri Rusiya və Çin veto edir.
Qərar qəbuletmə və veto hüququnun BMT TŞ-ın 5 daimi üzvündə olması qrumun fəaliyytəsizliyin əsas səbəbidir. İş belə olan təqdirdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümkünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər” və Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə söylədiyi “BMT Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq” sözləri yada düşür.

Hər iki liderin dediyindən əslində bu nəticəyə gəlmək olar ki, BMT daxilində islahatlara, Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməsinə və “Beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər edilməsinə ehtiyac var.

Əks təqdirdə İsrail-HƏMAS müharibəsi bitmədən “Kəşmir”, “Tayvan”, “Kuril Adaları”, “Kosovo”, “Abxaziya”, “Cənubi Osetiya” münaqişələri də alovlanacaq və bu münaqişənin tərəfləri problemi hərbi yolla həll etmək istəyəcək.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir