Sankt-Peterburqda metro patlayışının “müəllifliyə” iki real qüvvə iddia edə bilər. Bu aksiya ya Şimali Qafqazda məskunlaşan gizli qrupların təlimatıyla həyata keçirilib, ya da əmr DAİŞ-dən gəlib. Əslində bunların ikisi arasında fərq yoxdur. Çünki DAİŞ Rusiyanın şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçularına müraciət etməlidir. Aydındır ki, ərəb mənşəli DAİŞ üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyil. DAİŞ-in rus dilini bilən və keçmiş SSRİ məkanından olan üzvləri Sankt-Peterburq metrosunu partlada bilərdi.
Bəs niyə hədəf kimi Sankt- Peterburq seçilib? Axı buna qədər Moskvadan fərqli olaraq Sankt-Peterburqda bu böyüklükdə terror hadisəsi qeydə alınmamışdı.
Məncə, terrorçular bu dəfə Moskvanı yox Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıblar. Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskadan əzizdir, hətta ən mötəbər qonaqlarını tez-tez Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır: “Biz Sənin dogma və buna qədər təhlükəsiz saydığın şəhəri də hədəf götürə bilərik”. Terrorçular bu dəfə Putinə meydan oxudular. Rusiya prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır. Əks halsa bu partlayış onun nüfuzuna zərər vuracaq.
Elhan Şahinoğlu
Sankt-Peterburqda metro patlayışının “müəllifliyə” iki real qüvvə iddia edə bilər
470 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.