KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Moskva görüşü haqqında ilkin qısa təəsüratım

Nazim Cafersoy: Moskva görüşü haqqında ilkin qısa təəsüratım

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
314 0

1. Oturma şəkli çox yanlış olub. Dairəvi masanın funksiyası mənasızlaşıb. Bizim protokol nə iş görürmüş bu oturma şəkli qurulurkən?
2. Mətində mövcud problemlərin həllinə dair açıq heç bir önəmli məqam görmədim. Əsas iqtisadi və komunikasiya əməkdaşlıği mövzusu önə çıxarılib. Arxa planda nə var bunu hələ bilmirik. Ancaq Qarabağda teröristlər var ikən lahiyələr planlamaq məntiqli mövzu deyil. Bu ancaq təhlükəsizlik məsələsinin həllinə dair gizli razılaşma ilə mümkün ola bilər.
3. Azərbaycan prezidentinin açıqlamasında bir yerdə təhlükəsizlik vurğusu, Ermenistan baş nazirinin açıqlamasında iki yerdə əks olunan (status və əsirlər) narazılıq var.
4. Ümumən gərgin bir müzakirə olub görüntüsü var sanki.

Müharibə vaxtı Türkiyə Qarabag müzakirələrində xeyli fəal mövqeydə idi. Azərbaycan da bunun olması üçün lazımi mesajları tez-tez verirdi. Ancaq getdikcə Türkiyənin Qarabağ prosesində siyasi konteksdə geri planda qaldığı görüntüsü güclənir. Məsələn, son Moskva görüşü öncəsi mətbuata əks olunan Turkiyə- Rusiya və Türkiyə-Azərbaycan təmaslarının olmadığını müşahidə etdik. Türkiyənin bu prosesdə geri planda qalması Azərbaycan adına çok böyük strateji səhv olar. Rəsmi Bakı bu məsələni bir an öncə həll etməlidir.
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir