KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Samir Humbatov: Səudiyyə Ərəbistanını Ermənistana yaxınlaşdıran səbəblər

Samir Humbatov: Səudiyyə Ərəbistanını Ermənistana yaxınlaşdıran səbəblər

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
284 0

Bir neçə gün öncə Ermənistan prezidenti Armen Sakisyan Səudiyyə Ərəbistanına işgüzar səfər etdi. Onu hava limanında krallığın xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Ermənistan prezidentinin Səudiyyə səfəri bir neçə məqamı ilə yadda qaldı. Hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyildir. Ancaq indi baş verənlər vəziyyətin heç də belə olmadığını göstərmiş oldu. Əldə edilən məlumatlara əsasən rəsmi də olmasa Səudiyyə krallığı ilə Ermənistan arasında artıq bir neçə ildir ki, yaxınlaşma hiss edilməkdədir. Xüsusilə də, 2010-cu ildə Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın hakimiyyətə gəlişi ilə Səudiyyə və Ermənistan arasında isti münasibətlərin təməli qoyulmağa başladı. Tərəflər arasında münasibətlərin daha da intensivləşdiyi dövrü məhz 2018-ci ildən bəriyə təsadüf etdiyini demək mümkündür. Üzdə müsəlman təssübkeşliyindən və din qardaşlığından danışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz 2018-ci ilin sentyabr ayında yarandığı gündən əli müsəlman qanına batmış Ermənistana müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlamışdır. 2019-cu ilin aprel ayında qondarma erməni soyqırımı ərəfəsində Səudiyyə şəhzadəsi Rima bin Bəndər əl-Səud “erməni genosidini” qəbul etmədiyi üçün Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsi və II Qarabağ savaşı dövründə Birləşmiş Ərəb Əmirliyinin Əl-Ərəbiyyə telekanalında Ermənistan prezidenti Armen Sarkisyanın çıxışlarının yayımlanması isə onu göstərir ki, bəzi müsəlman dövlətlərində dini təssübkeşlik və din qardaşlığı yalnız sözdə qalıb.
Məsələ burasındadır ki, bu addım yalnızca Səudiyyə Ərəbistanı tərəfindən atılmayıb. Bugün Ermənistanla istər siyasi və diplomatik səviyyədə, istərsə də digər səviyyələrdə əlaqələr quran müsəlman dövlətlərinin sayı daha çoxdur. Bu dövlətlər arasında Birləşmiş Ərəb Əmirliyi, İordaniya və digər müsəlman dövlətləri də var.
Ərəb ölkələrinin atdıqları bu addımlar əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə tərəfində təəssüf hissi və narahatlıqla qarşılanmaqdadır. 2019-cu ilin aprel ayında Türkiyə və Azərbaycana qarşı din qardaşlığına sığmayan addım ataraq Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağını rəsmi şəkildə bildirdi və Abu Dabi Əmirliyi 2019-cu ilin aprel ayında qondarma soyqırımı tanıdı. Bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan əli azərbaycanlı və eyni zamanda müsəlman qanına batmış Ermənistanı 21 sentyabr 2020-ci ildə Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu isə Azərbaycan-Birləşmiş Ərəb Əmirliyi əlaqələrinə mənfi təsir göstərmiş oldu. Birləşmiş Ərəb Əmirliyinin Ermənistan sevdası bununla da kifayətlənmədi və yayılan məlumatlara əsasən II Qarabağ savaşı dövründə Ermənistana Birləşmiş Ərəb Əmirliyi tərəfindən hərbi texnika ilə də yardım göstərildiyi deyilir. Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşı dövründə Ermənistan prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu səfərin məqsədinin tərəflər arasında siyasi, iqtisadi və hərbi sahədə əlaqələrin gücləndirilməsi olduğu bildirilir.
Ermənistanla əlaqələri inkişaf etdirən digər müsəlman dövlətlərindən biri də İordaniyadır. Tərəflər arasında uzunmüddətli əlaqələrə toxunmadan onu qeyd etmək olar ki, son iki ildə Ermənistan prezidenti Armen Sarkisyan İordaniyaya iki dəfə səfər edib. Sarkisyanın İordaniyalı həmkarı II Abdullah ilə bir görüşü 2019-cu il aprel ayında Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı baş tutub, ikinci görüş isə II Qarabağ savaşından sonra, yəni 2020-ci ilin noyabr ayında Ermənistan prezidentinin İordaniyaya səfəri ilə gerçəkləşdi. İordaniyanın isə Ermənistana belə qucaq açması artıq bəzi müsəlman dövlətləri üçün dini inancın o dərəcədə əhəmiyyətli olmadığını və öz xarici siyasətlərinin prioritet olduğunu deməyə əsas verir.
İran-Ermənistan əlaqələrinə gəlincə isə, burada vəziyyət hər kəsə gün kimi aydındır. Yəni İran və Ermənistan arasında siyasi, iqtisadi, mədəni və hərbi sahaədə mövcud olan əlaqələr nə İran-Azərbaycan, nə də İran-Türkiyə arasında mövcud deyil. II Qarbağ savaşından sonra İran və Ermənistan, eyni zamanda İran və Azərbaycan arasında baş verən hadisələrə nəzər saldıqda vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür.
Nəhayət, bütün bu baş verənləri nəzərə alaraq onu qeyd etmək mümkündür ki, Qarabağda əli müsəlman qanına batmış, 60-dan artıq məscidi dağıtmış, islami dəyərləri tapdalamış Ermənistanla özlərini müsəlman dövlətləri adlandıranların belə isti münasibətləri qurması onu göstərir ki, müasir dövrdə həmin dövlətlər üçün vacib olan dövlət maraqlarıdır. Məhz bunları nəzərə alaraq dəfələrlə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən həmin müsəlman dövlətlərində çağrışlar edilmiş, hətta müəyyən mənada Ermənistanla münasibətlərdən çəkinməsi məqsədi ilə etirazlar da edilmişdir.
Samir Humbatov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir