KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya prezidenti Vladimir Putin Ankaradadır

Rusiya prezidenti Vladimir Putin Ankaradadır

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
318 0

Rusiya prezidenti Türkiyəyə Suriyadan getdi. Bu Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üçün sürpriz idi. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə Cumhurbaşqanının Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək.

Rusiya və Türkiyə Suriyada DAİŞ üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir