KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. RUSIYA AZƏRBAYCANA RAKET KOMPLEKSİ SATMAQDAN NİYƏ İMTİNA ETDİ?

RUSIYA AZƏRBAYCANA RAKET KOMPLEKSİ SATMAQDAN NİYƏ İMTİNA ETDİ?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
356 0

Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan “Bal-E” raket kompleksini satmaqdan itmina edib. Bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb, 2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib.

Rusiya mənbələrinin iddiasına görə tərəflər arasında danışıqlar başlayıb və müqavilə imzalanmağa yaxın olub. Ancaq son anda Rusiya Müdafiə Nazirliyinin təlimatı əsasında satışdan imtina edilib. Səbəb də bu göstərilib ki, “Bal-E” raket kompleksi Rusiyanın Xəzərdəki hərbi donanmasına təhlükə yarada bilər. Yəni demək istəyiblər ki, öz əlimizdə qonuşumuza silah verib niyə özümüzə təhlükə yaradaq ki? Halbuki, raketi satmaq istədiyi qonşusuyla münasibətləri yaxşıdır, münasibətlərdə heç bir problem yoxdur. Bu səbəb gözə kül üfürmək üçündür. Çünki, əgər raket kompleksini başqalarına satmaq fikrin yoxdursa, onu niyə sərgiyə çıxarırsan? Sərgi elə malını satmaq üçün nəzərdə tutulmuş məkandır. Demək, səbəb başqadır.

Azərbaycana adı çəkilən raket kompleksinin satılmamasının əsl səbəbini Rusiyanın “Kommersant” qəzetinə Rusiya Müdafiə Nazirliyinin anonim mənbə çatdırıb: “Həmin raketlərdən yalnız hərbi donanmalarda deyil, quru qoşun hissələrində də istifadə etmək mümkündür. Biz isə istəmirik ki, Azərbaycan bizim müasir raketlərimizdən Dağlıq Qarabağda Ermənistanın qüvvələrinə qarşı istifadə etsin”. Bax əsl səbəb elə budur.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir