KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qasim Süleymani Ve Rusya

Qasim Süleymani Ve Rusya

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
305 0

Qasim Süleymaninin öldürülməsinə ilk reaksiya verən ölkələrdən biri Rusiya oldu. Rusiya Xarici İşlər Nazirliyi iranlı generalın öldürülməsi ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib. Bəyanatda bu sözlər yer alıb: “Süleymaninin ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Qasım Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi”.

Deməli, Tehran kimi Moskva da Süleymaninin haqq işinə xidmət etdiyini düşünürdü. Süleymani bir neçə dəfə Moskvada olmuş və rusiyalı generallarla Suriyadakı hərbi əməliyyatın detallarını müzakirə etmişdi. Kreml Tehranla tərəfdaş olsa da, İranın Suriyadakı siyasi və hərbi varlığını bir qədər ehtiyatla qarşılayırdı. Buna baxmayaraq, Kreml Süleymani ilə sıx dialoq qurmuşdu və onunla istənilən məsələni həll edirdi. Ona görə də Süleymaninin öldürülməsi eyni zamanda Rusiyanın Suriyadakı maraqlarına toxunur. Ancaq İranın Amerikaya qarşı cavab aksiyasının necə olacağı Kremli də ciddi düşündürür. Çünki, bölgədə İran-Amerika qarşıdurması Rusiyanın maraqlarına cavab vermir. İran-Amerika qarşıdurmasının qızışması İsrailin maraqlarına cavab verir.

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, Qasım Süleymaninin öldürülməsinə münasibət bildirməyib. Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Qasım Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi. Ankara eyni zamanda Amerikanın Bağdaddakı səfirliyinə hücumu pisləmişdi. Türkiyə nə qonşusu İranla münasibətləri gərginləşdirmək istəyir, nə də ki, mövcud anlaşmazlıqlara rəğmən, Süleymanini öldürülməsinə görə Vaşinqtonu qınayan açıqlamaya üstünlük verir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir