KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Strateji kommunikasiyanı sürətlə öyrənməliyik

Strateji kommunikasiyanı sürətlə öyrənməliyik

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
397 0

Psikolojik müharibəni mütləq peşəkarca və sürətlə öyrənməliyik. İki təzə konkret nümunə verim:

1. 3 gün öncə o boyda xalq dəstəyi mitinqinin arxasından prezidentə çox yanlış şəkildə “cəmi 150 nəfər könüllü var” açıqlanması verdirirlər. O açıqlamada həm rəqəm inandırıcı deyil, həm də zamanlama və üslub yanlışdır. Ermeniler də bu açıqlamanı dillərinə saqqız elədilər. O bilgini prezidentə verməkdən məsul Səfərbərlik idarəsi bugün “23 500 min könüllü var” açıqlaması edir. Bugünkü açıqlama sonradan atılan daş kimi oldu.

2. Metsamor AES-i vurmaq məsələsinə dair MN rəsmisinin açıqlaması məsələsində də problem var. Bu cür radikal açıqlamanı MN rəsmisinin, həm də birbaşa rəsmi sözçünün etməsi çox ciddi siyasi səhvdir. Düzdür rəqibin gözünü qorxutmaq və bölgə dövlətlərinə durumun ciddiyətinə qarşı bu cür psixoloji müharibə açıqlamaları ola bilər. Ermənilər də arada belə açıqlamalar verirlər.Ancaq burada iki mühüm məqamı unutmamaq lazımdır:
1) Belə “dəlisov” açıqlamani rəsmi kimliyi olmayan keçmiş MN rəsmisi vəya keçmiş ordu mənsubu, ya da Jirinovski bənzəri pozisyonda olan bir siyasi lider verməlidir. Ermənilərdə Mingəçevir SES açıqlamasını keçmiş müdafiə naziri verib. Bizim MN rəsmisinin keçmiş nazirə cavab verməsi da ayrıca yanlışdır.
2) Ermənilərlə təbliğat müharibəsində biz geridən gələn mövqeyindəyik dolayısıyla verəcəyimiz məsaj bizə yeni problemlər yaratmamalıdır. MN rəsmisinin Metsamor AES-i açıqlaması bizə bu mənada yeni problem yaradır.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir