KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Bu, İranın daxili çəkişmələrinin kənara sızan təzahürüdür”

“Bu, İranın daxili çəkişmələrinin kənara sızan təzahürüdür”

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
317 0

İran türkləri bu prosesdə başqalarının planına alət olmamalıdır”.

Bunu Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay İranda baş verən etiraz aksiyalarının səbəbləri barədə Versus.Az-a verdiyi şərhində bildirib.

Hazırda məsələ ilə bağlı çoxşaxəli yanaşmaların olduğunu qeyd edən H.Oqtay ilk növbədə 1979-cu il inqilabından sonra İranda qurulan sistemə nəzər salıb. O, hazırkı durumun inqilabdan sonrakı sistemdə yaranan “tıxacdan” qaynaqlandığı barədə irəli sürülən ehtimallara diqqət yetirməyi önəmli hesab edib. Ekspertin fikrincə, bu aksiyalar İranda dini rəhbər və dövlət başçısının arasında yaranmış və son zamanlar “su üzünə” çıxan rəqabətin daha da gərginləşməsinə işarədir:

“İranda baş verən etirazlar İranın daxili çəkişmələrinin kənara sızan təzahürüdür. Dini rəhbər Xomneyninin açıqlaması və dövlət başçısı Həsən Ruhaninin açıqlamalarını təhlil etsək, bu etirazların səbəbləri açıq görünər”.

H.Oqtay hesab edir ki, vəziyyəti təhlil edərkən məhz olayların Məşhəddə başlaması üzərində dayanılmalıdır:

“Məşhəd İran İslam Respublikası rəhbrinin evi deməkdir. Dini rəhbər Xomneyinin dövlət başçısı Ruhaniyə qarşı “əlinin sıxıldığı” və aralarında böyük rəqabətin olduğu deyilir. Bu böhran artıq düşünülmüş şəkildə idarə olunmaqdadır. Ruhaninin seçim dönəmində vəd etdiyi proqramı yerinə yetirməməsi üzündən xalq üsyan edərək təpki göstərib.”

Türkiyəli ekspert bildirib ki, mövcud durumu dövlət başçısı Həsən Ruhaninin açıklamasında daha aydın görmək olur:

“Həsən Ruhani açıqlamasında hardasa İran büdcəsinin yarısını özü istifadə edə bilmədiyini ifadə edib. O, dini rəhbərin xalqı küçələrə saldığını, iqtisadi böhranın dövlət idarəçiliyi üzündən və rəhbərin həyata keçirdiyi xarici siyasətdən qaynaqlandığını bildirib. Küçələrə çıxanların ilk “qığılcım ocağı” olaraq Məşhədi seçməsi dini rəhbərin həmləsi idi. Amma ardınca iqtisadi və sosial problemlərdən yorulmuş xalqın üsyana qalxması rəhbərin Həsən Ruhaniyə qarşı basqı etmək niyyətini onun özünə qarşı çevirdi”.

“Tramp bu olaylarda da dünyanı özünə güldürüb”

H.Oqtay bildirib ki, İranda əsgər və polisin əks müdaxiləsinə baxmayaraq baş verən xalq hərəkatının xarici təsirlər olmadan ortaya çıxmayacağı tezisləri də irəli sürülür:

“Trampın açıqlamaları istər-istəməz İrandakı olayların xaricin planı əsasında yarandığını söyləməyə imkan yaradır. Tramp Qüds təcrübəsində olduğu kimi, bu olaylarda da dünyanı özünə güldürüb. ABŞ dünyaya mesaj verir ki, harda bir olay varsa onun idarəçiliyinin kənarında qala bilməz. ABŞ bəyan edir ki, İran xalqının bu haqlı təpkisini də biz edirik və biz yönləndiririk. ABŞ “biz qazandırırıq” imicini dünyaya yayaraq güclü hakim dövlət rolunu oynamaqdadır.”

“İran Türkləri bu olaylara qarışmır və qarışmamalıdır”

Ekspert diqqəti Rusiyanın məsələ ilə bağlı reaksiyasına çəkib. Bildirib ki, Rusiya irəli sürdüyü açıqlama ilə İrandakı olayların dini rəhbər-dövlətbaşçısı çəkişməsinin bir nəticəsi olduğunu kölgələyərək diqqəti ABŞ-a yönəldib:

“Dini rəhbər-Hasan Ruhani çəkişməsi İranı dünyanın diqqət mərkəzinə çəkib. Bundan sonra artıq İranın dövlət başçısı sorğulanacaqdır. Burada diqqət edilməli olan əsas məsələ xarici təsirlərin İran coğrafiyasında əsas tutduğu daxili fəallığın olması gerçəyidir. Bu zaman ilk ağla gələn İran türkləridir. İran Türkləri bu olaylara qarışmır və qarışmamalıdır. Dini rəhbər-Ruhani çəkişməsi bir nöqtədə sona çatacaqdır. Türklərin prosesləri düzgün təhlil etmədən hərəkətə keçməsi faciə ilə bitə bilər. İran türkləri bu prosesdə başqalarının planına alət olmamalıdır. Amma unutmamalıdırlar ki, onlar İran coğrafiyasının ən haqlı varisləridir.”

T.Qafarlı
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir