İdlip Olayı Nasıl İncelenmeli -II-

США ввели санкции против Китая

İdlib Mutabakatı Oyunları Bozdu…

PKK destekçisi Avusturyalı gazeteci Max Zirngast neden tutuklandı?

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

Azerbaycan, Ermenistan, Gündem 17 Haziran 2018
53

Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarrəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadal aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanna malikdir”.

Bütün bunların qarışlığında Azərbaycanın müvafiq nazirliklərindən “tık” səs də yoxdur. Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş yapmalarının zamanı çatmayıb mı? Bizim hava məkanımız deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində ucmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrasturkturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrasturkturlarımıza olan hədə tək bizə adi deyil, bu layihələrdə Azərbaycana aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var.

Ramazan bayramı ilə əlaqədar hələ iki gün evdəyik, yəqin diplomatlarımız da dincəlir. Ancaq ermənilər Ramazan bayramını qeyd etmirlər və diplomatları da iş başındadırlar və fürsətdən də yararlanaraq istirahət günlərindən bizə qarşı informasiya savaşını gücləndiriblər. Bizə də dincəlmək vaxtı deyil.
Elhan Şahinoğlu

Yorumlar