KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Pasinyan kazandı

Pasinyan kazandı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
365 0

Çoxdandır gözlənilən gün yetişdi. Ermənistanda erkən parlament seçkiləri başa çatdı. Artıq səslər hesaplanmağa başlayıb. Hər kəsə məlumdur ki, N.Paşinyanın “Mənim addımım” bloku qalib gələcək. Daha bir maraqlı məqam isə bundan ibarətdir ki, Serj Sarkisyanın “Ermənistan respublikası partiyası” parlamentə düşməyə bilər. Çünki, hazırkı nəticələrə görə rəqiblərindən geridə qalır. Bu hələ son deyil. Nəticələrdə fərq də yarana bilər. Belə ki, “İşıqlı Ermənistan” partiyası ilə S.Sarkisyanın partiyası arasında böyük bir fərq yoxdur.
Bəli, gələk əsas məsələyə. Artıq əminliklə deyə bilərik ki, parlamenti Paşinyan özü formalaşdıra biləcək. Seçkilərdən sonra N. Paşinyan dərindən nəfəs ala bilər. Çünki, xeyli vaxtdır ki, həmin seçkilər səbəbilə “ayıya dayı” deyirdi. Amma bu o demək deyil ki, bundan sonra deməyəcək. Əsas problemlər bundan sonra başlayacaq. Təbii ki, bizi maraqlandıran əsas məsələ “Dağlıq Qarabağ” probleminin həlli və atıla biləcək mümkün addımlardır. Əvvəlcə bir məsələni xatırladım. Soçidə baş tutmuş görüşdə iki dövlət başçısı , İlham Əliyev və Paşinyan arasında dialoq olmuşdu. Zənn edirəm ki, Paşinyan həmin söhbət əsnasında dövlət başçımızdan vaxt verməyi xahiş edə bilər. Çünki, seçkiyə yollanırdı və istənilən qığılcım onun əleyhinə olacaqdı. Bəs, bundan sonra ” Dağlıq Qarabağ” məsələsi ilə bağlı hansı addımlar atıla bilər.
Hesab edirəm ki, bu seçkilərin nəticəsi də Paşinyana bir işarədir. Belə ki, Serj Sarkisyanın partiyasının parlamentə düşə bilməməsi xalqın “Qarabağ klanına” olan nifrətinin təzahürüdür. Lakin, düşünmürəm ki, bütün bunlar Ermənistan hökumətinin ” Dağlıq Qarabağ” la bağlı iddialarından əl çəkməsinə kömək olsun. İstənilən halda hökumət buna razı olsa belə nə xaricdəki erməni diasporaları, nə də Rusiya buna icazə verməz. Təbii ki, bunu Paşinyan da çox yaxşı başa düşür. Bilir ki, əksini etdiyi təqdirdə onu da Petrosyanın taleyi gözləyir. Hər halda bir müddət yenə gözləmək lazım gələcək. Paşinyanın hansı xarici siyasət kursu müəyyən edəcəyi hər kəsə maraqlıdır. Lakin, bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, həmin xarici siyasəti həyata keçirmək mümkün olacaqmı? Düşünmürəm !

Rusşf Memmedsoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir