İranı ahvazda kim vurdu

İdlib anlaşmasına Amerika təhlükəsi

İranda askeri geçit törenine saldırı

İdlip Olayı Nasıl İncelenmeli -II-

Ölməz alay” adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb

Gündem 10 Mayıs 2017
359

Moskvada hər il keçirilən ənənəvi “Ölməz alay” adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb, Qarabağın qondarma bayrağını qaldırıblar, azərbaycanlılar buna etiraz ediblər, əvəzində keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələri erməniləri mühafizə altına alaraq azərbaycanlıların yürüşdə iştrakını ləngidiblər. Yəni ermənilər istəklərinə nail olublar. Bundan sonra Kreml o ölkələrdən inciyir ki, onunla birgə Moskvada Böyük Vətən Müharibəsinin yubileyini qeyd etmirlər. Rusiyanın təxribatçılara bu cür dəstəyindən sonra belə yürüşlərdə iştiraka ehtiyac varmı? Özümüz Bakıda İkinci Dünya Müharibəsində həlak olan soydaşlarımızın xatirəsini yad edirik, bu kifayətdir, separatçılara dəstək verən ölkənin paradına niyə qatılmalıyıq?

Bir də səfir Polad Bülbüloğlunun nəhayət ki, səsini eşitmək istərdik. Bəzən mənə elə gəlir ki, o Rusiyada Azərbaycanı yox, özünü təmsil edir. O nə Rusiyada az qala qadağan olunan Ümumrusiya Azərbaycanlıların Konqresinin son durumuna aydınlıq gətirir, nə Dövlət Dumasında Xocalı soyqırımının tanınması məqsədilə imzatoplama kampaniyasına dəstək verir, nə də bu gün yürüşdəki təxribatla bağlı rusiyalı diplomatlara etirazını bildirir. Polad Bülbüloğlu YUNESCO-da sədr olub bizə nə xeyri dəyəcək? Əslində onu geri çağırmanın vaxtıdır. Moskvada çevik səfirə ehtiyacımız var. Elhan Şahinoğlu

Yorumlar