KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Ərdoğanın Füzuli səfərinin ŞİFRƏLƏRİ: Önümüzdəki günlərdə ermənilərdə olan ərazilər…

Hasan Oktay: Ərdoğanın Füzuli səfərinin ŞİFRƏLƏRİ: Önümüzdəki günlərdə ermənilərdə olan ərazilər…

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
327 0

Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş bu bölgəyə səfər etməsinin bir neçə səbəbi var. Əsas səbəb bir ildir ki, açılması nəzərdə tutulan və açılmayan Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılması məsələsində Türkiyə Prezidenti konkret mövqe sərgilədiyini bütün dünyaya göstərmək üçün açılış mərasiminə qatıldı”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
O qeyd edib, rəsmi Ankara başda İran olmaqla Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışanlara qarşı açıq və konkret bir duruş sərgiləyir:

“Bu səfərlə dünyaya göndərilən ismarış odur ki, Azərbaycan tək deyil. Eyni zamanda Azərbaycanın maraqları həm də Türkiyənin maraqlarıdır. İranın İsraili bəhanə göstərərək Azərbaycana qarşı cəbhə açması bir növ İsrail üzərindən Azərbaycan-Türkiyə əlaqələrini pozmağa hesablanmış bir həmlə idi. Türkiyə-İsrail əlaqələrinin gərgin olması ayrı bir mövzudur. İranın Azərbaycana qarşı İsraili “səbəb” göstərərək üz-gözünü turşutması, Azərbaycanın üstünə gəlməsi isə tamam başqa məsələdir. Türkiyə bu nöqtədə İranın oyununa getmədi. Azərbaycan da bu dövrdə bir daha anladı ki, Türkiyədən başqa onun yanında kimsə yoxdur”.
Hasan Oktay bildirib ki, Türkiyə dövləti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan istənilən şəraitdə və hər cür şərtlər altında Azərbaycanın yanında olduğunu dəfələrlə ifadə edib:
“44 günlük Vətən müharibəsi və bundan sonrakı mərhələdə, eləcə də xüsusilə İranın Azərbaycanı açıq-aşkar təhdid etdiyi müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında olub. Türkiyə Azərbaycana qarşı bu cür münasibət sərgiləməsinə heç bir qarşılıq gözləməyib. Ankara Şuşa Bəyannaməsi ilə bütün şərtlərdə Bakının yanında olduğunu dünyaya göstərib. 44 günlük savaş nəticəsində imzalanan üçtərəfəli bəyannamənin mətnindən Türkiyənin gözləntiləri var idi. Bu gözləntilər hələ də yerinə yetirilməmiş qalır. Buna baxmayaraq, Türkiyə sona qədər Azərbaycanın yanında olacaq. Rəsmi Ankara bunu özünə vəzifə hesab edir. Çünki Türkiyə 44 günlük müharibə başa çatdıqdan sonra barış anlaşmasına əsasən, Qarabağda sülhməramlı kontingenti ilə təmsil olunmaq istəyirdi. Buna baxmayaraq, statusu hələ də bəlli olmayan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində nəzarətçi funksiyasında təmsil olunması da Ankara üçün çox önəmlidir. Bundan başqa, Türkiyə Laçın dəhlizinə qarşılıq olaraq 10 noyabr üçtərəfli sazişinə əsasən, Zəngəzur dəhlizinin açılması məsələsində öz qətiyyətli mövqeyini davam etdirəcək”.
QAFSAM sədrinin sözlərinə görə, Ərdoğanın bu səfəri nəticə etibarı ilə işğaldan azad edilən ərazilərin konkret şəkildə Azərbaycan torpaqları olduğu fikrinə birdəfəlik möhür vuracaq:
“Azərbaycanın bu məsələdə əlini daha da gücləndirəcək. Söhbət Azərbaycanın Qarabağ üzərində öz haqlarını qorumasından gedir. Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilərin önümüzdəki günlərdə Azərbaycana hansı şəkildə qaytarılacağı bəlli deyil. Rəsmi Ankara Bakıya bu məsələdə də ciddi mənada dəstək olacaq”.
Tural Turan
https://publika.az/news/qarabag/373773.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir