KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Həsənbala Sadıqov: Ermənistanın Gəncəyə raket zərbəsi beynəlxalq cinayət kimi qeydə alınmışdır

Həsənbala Sadıqov: Ermənistanın Gəncəyə raket zərbəsi beynəlxalq cinayət kimi qeydə alınmışdır

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
424 0

22 iyul 2021-ci il tarixdə ölkəmizin Qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan respublikasının prezidenti İlham Əliyev Gəncə şəhərinə gəlib və Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu xarici siyasi xadimləri, beynəlxalq müxbir heyyətini dəhşətə salan cinayət səhnələri ilə tanış olub.
Dünyanın 4000 yaşlı mədəniyyət mərkəzi olan Gəncə şəhəri 2020-ci ildə tarixinin ən ağır günlərini yaşadı. Ermənilər cəbhədə məğlubiyyətə uğradıqca daha da quduzlaşırdılar. Digər bir məsələ Azərbaycanla davam edən müharibəni ictimailəşdirmək və KTMT ölkələrini də Ermənistan müharibəyə cəlb etmək istəyirdi. Azərbaycanın mühüm şəhərlərinə zərbə endirməklə sanki Azərbaycanın Qarabağ cəbhəsində hücumunu zəiflətmək istəyirdi.
Bunun üçün Azərbaycanın rəsmi Ermənistan ərazilərinə zərbə endirməsi əsas şərt idi. Lakin Azərbaycan bynəlxalq hüquqa sadiq qalaraq bunu etmədi. Heç bir hərbi ehtiyac olmadan, Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən, Gəncəyə Ermənistan tərəfindən istifadə olunması qadağan olan raket zərbəsi endirilmişdir. Ermənistan respublikası cəbhədəki uğursuzluqları gizlətmək üçün heç bir hərbi ehtiyac olmayan şəhərlərə zərbələr endirirdi. Gəncəyə 5 raket zərbəsi endirmişdilər.
Halbuki, 4000 yaşlı Gəncə şəhəri YUNESKONUN siyahısındadır Onun dağıdılması, raket zərbəsi endirilməsinə icazə verilmir. Bu kimi tarixi şəhərləri dağıtmaq bəşər mədəniyyətinə qarşı cinayət kimi beynəlxalq xarakter daşıyır. Ermənistan nadir 4000 yaşlı bəşər mədəniyyətinin mühüm mərkəzlərindən biri olan Gəncəni dağıtmasına görə hökmən beynəlxalq tribunalda mühakimə olunmalıdır.
Yalnız beynəlxalq tribunalda mühakimə olunmaqla iş tamamlana bilməz. Ermənistan respublikası 30 il işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda mədəniyyət obyektlərini, məscidləri dağıtması da təzminat müəyyən olunduqda qeydə alınacaqdır. Ermənistan respublikası Azərbaycan respublikasının dağıtdığı bütün şəhərlərə görə beynəlxalq məhkəmənin qərarı ilə təzminat ödəməlidir. Azərbaycan respublikası hər yerdə Ermənistan respublikasının Azərbaycana ödəməli olduğu təzminatın miqdarını müəyyən etməlidir.
Mən Ermənistan Gəncəyə raket zərbəsi endirdikdə dünyanın 40 ölkəsinin mətbuatında onların olan faciəyə münasibətini tədqiq etdim. Çox maraqlı nəticə meydana çıxdı. Biz əksər halda çox yanlış olaraq Türkiyə respublikasının prezidenti Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür!”dediyi ölkələrin fikrini və münasibətini əsas götürürük. Halbuki beşlərdən başqa dövlətlərin əksəriyyəti Ermənistanın Gəncəyə qarşı vandalizm aktını ləntləyirdilər. Gəncəyə raket zərbəsi endirdikdə bir sıra beynəlxalq təşkilatlar da hərbi ehtiyac olmadan Ermənistan tərəfindən reallaşan vandalizm aktını qınayırdılar.
Gəncəyə 4 oktyabr 2020-ci il saat 10.00 da raket zərbəsi endirildi. Ölənlərin sayı 27, zədəlilər 125 nəfərdir. Ermənistan 5 dəfə Gəncəyə raket zərbəsi endirmişdir. Sonra mütəxəsislər müəyyən ediləcək ki, bu raketlərin beynəlxalq təşkilatlar tərəfindən tətbiqi qadağan edilmişdir. Açıqlamada Ermənistan silahlı qüvvələrinin “Toçka-U” (OTR-21 TOÇKA) ballistik raket sistemindən istifadə edərək Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutduğu bildirilmişdir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) verdiyi məlumata görə, Gəncəyə atılan raketlər əvvəlcə SCUD / Elbrus Əməliyyat-Taktiki Balistik Raket olaraq təyin olundu.
Azərbaycan respulikasının prezidenti İlham Əliyev Gəncə şəhərinə raket zərbəsindən sonrakı müddətdə dəqiqləşdirilmiş faktları bəyan etmişdir. Dövlətimizin başçısı Ermənistanın günahsız mülki insanlara vurduğu ziyan Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. İlk vaxtlarla müqaysə etdikdə yaralananların sayı 125 nəfərdən 142 nəfərə qədər artmışdır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Gəncəyə bu raket hücumunu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı”olaraq çox düzgün dəyərləndirmişdir. BMT Anadolu Agentliyinə verdiyi açıqlamada tərəflərin mülki insanları və mülki infrastrukturu beynəlxalq humanitar hüquqlar çərçivəsində qorumalı olduqlarını söylədi.
Ortada olan təkzibediləz sübutlara baxmayaraq, bütün zamanlarda məsuliyyətdən qaçmaq üçün Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini əsassız olaraq öz üzərinə götürmüşdür. Hətta onu da iddia edirdilər ki, güya onlar hədəfin mülкi insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildirdilər. Azərbaycan tərəfi isə Gəncədə ümumiyyətlə hərbi təyinatlı binaların olmadığını və Gəncə Beynəlxalq Aeroportunun fəaliyyət göstərmədiyni, qapalı olduğunu bildirdi.
10 oktyabrda imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri 4-cü dəfə Gəncəni Skad ballistik raketlərindən] atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır.[ Hücum nəticəsində 10 nəfər həlak olmuş və 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.
İşğalçı Ermənistan hamilərinin köməyi ilə Azərbycanın ikinci ən böyük şəhəri və tarixi mədəniyyət mərkəzi olan Gəncəni təsadüfən seçməmişdir. Ermənistanın raketlərinin hədəfə çatıb dağıdanı da dağıtmayanı da, yəni partlamayanı da vardır. İlk dağıdıcı raket zərbəsinin nəticəsi çox ağır oldu. Zərbənin nəticəsində ikisi uşaq olmaqla 40 nəfərdən çox yaralı var idi. Mütəxəsislər raket zərbəsinə məruz qalan yerdə 12 nəfərin öldüyü haqqında məlumat verdilər. 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir.
Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. Ermənistanın siyasilərinin dəlilik sindromunun təzahürü olan Gəncənin raket hücümüna məruz qalmasının mülki əhaliyə qarşı çevrilmiş olmasını bilmək üçün diplomat olmağa ehtiyac yoxdur. Ermənistanın raket hücumları zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Ermənistanın Gəncəyə hücumunda beynəlxalq hüquqa qarşı gedilmişdir. Uşaq ölümü 1-5 yaşınadək uşaqların ölümü raket zərbələrinin tətbiq edilməsində xüsusi ilə qeyd edilir və qəbuledilməz sayılır. Çox doğru qeyd edilir ki, müharibə ən çox uşaqların, uşaqlığın düşmənidir Uşaqlığını yaşaya bilməyənlər bununla əlaqədar olaraq uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər-deyənlər qətiyyən yanılmadıqlarını tarix hər addımda təsdiq edir.Uşaq və müharibə faktki olaraq tez-tez rast gəlsələr də bir birinə qətiyyən uyğun gəlməyən kateqoriyadır. “Əjdaha və quzunun qarşılaşmasıdır. Raket zərbəsində Gəncə şəhərində ölən uşaqlar da daxil olmaqla öldükləri üçün uşaqlar heç vaxt böyümürlər, həmişə uşaq qalan nəsil-doğru olaraq “Avakado nəsli” adlandırır tədqiqatçılar.
Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır. “Türkiyə sona qədər Azərbaycanla bir yerdədir” dedi qardaş ölkənin siyasiləri.
Enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub. Burada mühüm olan Ermənistanın raket zərbəsi tarix-mədəniyyət abidələrinə də iddi ziyan vurmuşdur. Raket zərbəsi nəticəsində Gəncə şəhərində mülki infrastruktur obyektlərinə çox ciddi ziyan dəymişdir.
Gəncədə raket zərbəsindən sonrakı erməni faşizminin izləri ilə tanış olan Prezident İlham Əliyev həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb. Azərbaycan respublikasının prezidenti İlham Əliyev Gəncə səfərində bildirmişdir ki, raket zərbəsindən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib
Gəncə əleyhinə hücumlar insanlığa qarşı cinayətdir ”deyən Ömər Çelik, Twitter-də hücumların və qırğınların cəzasız qalmayacağını qeyd edərək, Ermənistanın insanlıq və qanun adı altında mühakimə olunmalı olduğunu bildirdi
Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə üçüncü hücumu geniş təhlil etmiş və bir dövlət adamı olaraq onu müharibə cinayəti adlandırmışdır. Bununla yanaşı haqqlı olaraq Ermənistanın etibarsız olduğunu, imzasına hörmət etmədiyi kimi qiymətləndirmişdir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir