KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elman Veliyev: müttəfiqlik müqaviləsi lazım mı idi?

Elman Veliyev: müttəfiqlik müqaviləsi lazım mı idi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
292 0

43 maddədən ibarət sənəddə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı yer alır! Azərbaycan da bildirdi ki, Qarabağ bütövlükdə mənim ərazi bütövlüyümə daxildir! Burada anlaşılmayan nə var ki! Yəni tezliklə Xocalı, Xankəndi, Xocavənddə də Azərbaycan bayrağı dalğalanacaq!

43 maddədən ibarət sənəddə enerji alveri də yer almaqdadır. Avropa halhazırda enerji çətinliyi yaşayır. Bu, əlbəttə ki, Azərbaycanın xeyrinədir. Dünya bazarında “Azəri-light” markalı neftin bareli 130$ keçməkdədir!

43 maddədən ibarət sənəddə bir-birilərinin daxili işlərinə qarışmamaq əks olunub. Rusiyanın məqsədi şərqdə öz tərəfdaşları ilə əlaqələrini möhkəmləndirmək və sayını artırmaqdan ibarətdir. Çünki hazırki situasiyada Rusiyaya bu çox lazımdır!

Azərbaycan Rusiya-Ukrayna konfliktində neytrallığını qorudu. Hesab edirəm ki, bu düzgün strategiya idi. Çünki birtərəfli mövqe sərgiləsəyidi balansı pozmuş olacaqdı. Rusiya da, Ukrayna da Azərbaycanın önəm verdiyi tərəfdaşlarıdır. Azərbaycan seçim qarşısında diplomatiyayanı seçdi. İki tərəf arasındakı gərginliyin danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirdi. Hətta bu missiyanı, yəni vasitəçiliyi öz üzərinə götürməyə belə hazır idi.
Elman Veliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir