KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natig Jafarli: Ruble değerini koruyor mu

Natig Jafarli: Ruble değerini koruyor mu

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
297 0

Bir neçə həftədir ki, sosial şəbəkələrdən, saytlardan, mediadan onlarla sual alırdım ki, bəs rubl niyə möhkəmlənir, bəs deyirdiniz ki, sanksiyalar rublu çökdürəcək?! Hətta “putinpərəstlərin”, “gördüz, Rusiya güclüdür, heç kim onlara heç nə edə bilməz, rubl dəyər qazanır”, kimi şərhlərini də gördük. Həftələrdir izah etməyə çalışırdım ki, rublun məzənnəsi sünidir, Mərkəzi Bankları tərəfindən çox sərt məhdudiyyətlər qoyulub, alış-satışa çətinliklər var, hətta nəğd valyuta satışına qadağalar var, köçürmə yolu ilə alanlara isə (məhz alanlara, valyuta satanlara yox) 12%-lik əlavə vergi tədbiq olunurdu (yəni, 100 dolları MB-ın rəsmi məzənnəsi ilə alanda 112 dollar ödəməli idin), MB valyuta qazanan şirkətlərə öz valyuta ehtiyatlarının 80%-ni məcburi satışa çıxarmaq əmri vermişdi – bütün bunlar Rusiyada süni məzənnə yaratmışdı, “qara bazar” formalaşdırmışdı.
Ötən həftənin 5-ci günü axşam saatlarında, birja bağlanandan sonra Rusiya MB-ı bəzi məhdudiyyətləri götürdü – 12% valyuta vergisini ləğv etdi, aprel ayının 18-dən sonra vətəndaşlara nəğd valyuta satığına icazə verdi, bu gün Moskva birjasının açılışında dolların məzənnəsi 7,65% artaraq 81,9 rubla, avronun məzənnəsi 6,25% artaraq 87,87 rubla yüksəlib. Bir daha: Hələ də ciddi məhdudiyyətlər, valyuta qazanan şirkətlərə öz valyutalarının 80%-nin satış məcburiyyəti, hələ də vətəndaşlara ayda cəmi 10.000 dollar alış məhdudiyyəti var, xaricə də atda cəmi 10.000 dollar köçürülə bilər, bundan artığına qadağa var, hələ nəğd satış ayın 18-də bərpa olunacaq – amma artıq rubl ciddi şəkildə dəyərdən düşməyə başladı.
Bu həftələr ərzində bizdə, “axı rubl manata qarşı da möhkəmlənir”, sualını çox verdilər, bir daha cavablandıraq – Azərbaycan MB-ı məcburdur ki, Rusiya MB-nın rəsmi məzənnəsinə əsaslansın, “qara bazara” istinad edə bilməzdi deyə, süni şəkildə formalaşmış rubl/dollar çarpaz məzənnəsinə görə manat/rubl məzənnəsini elan edirdi. İndi rubl bizdə manata qarşı da kəskin ucuzlaşacaq, ümumən isə yaxın həftələrdə məhdudiyyətlər azaldıqca dolların Rusiyada rəsmi məzənnəsi 100 rubl və daha artıq olacaq.
Sual olsa ki, bəs niyə inzibati tənzimləməni, məhdudiyyətləri ləğv edirlər, nədən süni olaraq rublu baha saxlamırlar, deyim – Rusiya iqtisadiyyatı dünyaya çox intiqrasiya olunmuş iqtisadiyyatdır, daxili istehsalları çox azdır, sanksiyalar isə birbaşa ölkəyə müxtəlif mal-məhsul gətirmələrə məhdudiyyət qoyur, ona görə də Rusiya MB-ı məcburdur ki, biznesin və əhalinin valyutaya çıxışını liberallaşdırsın ki, ölkəyə “boz sxemlərlə” (yəni, 3-cü ölkələr vasitəsi ilə və qeyri-leqal) mal-məhsul gətirilməsi mümükün olsun. Belə…

Natig Jafarli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir