KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mubariz Goyushlu: Türkiyə-Rusiya münasibətlərilə bağlı Duqindən iddialı açıqlama

Mubariz Goyushlu: Türkiyə-Rusiya münasibətlərilə bağlı Duqindən iddialı açıqlama

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
304 0

Türkiyə və Rusiya liderləri Ərdoğanla Putinin Soçi şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən, təkbətək üç saat davam edən 29 sentyabr 2021-ci il tarixli görüşü dünyanın diqqət mərkəzində oldu. Hər iki ölkənin dünya siyasətində oynadığı rol liderlərin aldığı qərarları diqqət mərkəzində saxlayır.
Rusiya lideri Putin və onun ideoloqu Aleksandr Duqin Ərdoğanın səfərindən, səfərin nəticələrindən məmnun kimi görünürdülər. Hər dəfə bu görüşlərin iki ölkə arasında münasiəbətlərin daha da irəliləməsinə səbəb olduğu açıqlanır. Türkiyə və Rusiyanın tarixdən gələn problem və gərinliklərinə baxmayaraq müasir dövrdə bir-birlərinə olan ehtiyacları onları yaxınlaşdırmaqdadır.
Duqinin açıqlamalarında diqqət çəkən məqam isə son görüşdən sonra iki ölkənin yeni bir yola qədəm qoyması ilə bağlı söylədikləridir. Rusiya və Türkiyənin yeni bir yola qədəm qoyması əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Əgər həqiqətən də belə bir məsələ varsa bunu ancaq alqışlamaq olar. Çünki hər iki ölkənin ətraf bölgələrə, xüsusən də Cənubi Qafqaz bölgəsinə ciddi təsiri var (Rusiyanın mövcud, Türkiyənin isə artmaqda olan). Bölgə dövlətlərinə, xüsusən də Azərbaycana iki ölkənin anlaşması, münasibətlərinin yaxşı olması sərf edir, nəinki hansısa gərginliklərin olması. Biz iki dövlətin yaxınlaşmasının nəticəsini II Qarabağ müharibəsində gördük. Əgər Rusiyanın şıltaqlılqları, cığallığı olmazsa, üzərinə düşən öhdəlikləri daha məsuliyyətlə yerinə yetirərsə həqiqətən daha faydalı və zəngin nəticələr əldə etmək mümkündür.
Rusiyalı ideoloqun iddiası isə daha böyükdür. O, iki dövlətin əldə etdiyi anlaşmaların bütün dünyaya təsir edəcəyini iddia edir. Detalları sirr saxlayan Duqinin fikirləri diqqətçəkicidir. Qərbin, ABŞ-ın, onların əmrlərinin icraçısı olan Fətullah Gülənin Türkiyədəki çevriliş cəhdinin uğursuzluğundan bəhs edən Duqin bu məsələdə Ərdoğanı dəstəklədiklərini, dəstəkləyəcəklərini ifadə edib. Bu isə indiki məqamda müxtəlif təzyiqlərə məruz qalan Türkiyə hakimiyyəti üçün çox önəmli məqamdır. Bəllidir ki, eyni dəstəyi də Rusiya Türkiyədən umur. Beləliklə hər iki dövlətin bir-birinə olan ehtiyacları, Qərbin artan təzyiqi onların gələcəkdə daha da sıx əməkdaşlıq edə biləcəyi ehtimalını artırır. Bu əməkdaşlığın, qarşılıqlı faydalı münasibətlərin isə gələcəkdə hər iki ölkəyə, ətraf dövlətlərə, o cümlədən Cənubi Qafqaza, buradakı mübahisələrə, münaqişələrə, onların həllinə müsbət təsiri mümkündür.
Mubariz Goyushlukafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir