KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Livan partlayışında İsrailin də adı çəkilir

Livan partlayışında İsrailin də adı çəkilir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
280 0

Livan çox qarışıq ölkədir. 20 il əvvəl jurnalist kimi Beyrutda müxtəlif siyasətçi və etnik qrup təmsilçiləri ilə görüşmüş, onlardan müsahibələr almışdım. Yaxşı yadımdadır, Livanın baş naziri Xəriri “Ermənistanla əlaqələrə nədən bu qədər önəm verirsiniz” sualım qarşılığında demişdi ki, Azərbaycanla əlaqələrə daha çox üstünlük verirlər. Ancaq Livanın siyasətində bunun belə olmadığını o zaman və indi də müşahidə etmək mümkündür. Bir neçə il sonra Xəririni terror aktı nəticəsində qətlə yetirdilər. İndiyənə qədər qətlin üstü tam açılmayıb, müxtəlif versiyalar səslənir.
Son partlayışda İsrailin də adı çəkilir. İsrail bu partlayışı o zaman planlaşdıra bilərdi ki, bunun Livandakı “Hizbullah” təşkilatıyla bağlılğı olardı. Əgər belə bir bağlılq yoxdursa, deməli İsrailin Beyrutda bu partlayışı həyata keçirməkdə hər hansı marağı yox idi. Partlayışın DAİŞ-la əlaqəli olmasınmda dair versiyalar səslənir. DAİŞ-in bu nəyinə lazım idi? Bir də ki, DAİŞ son illrə gücünü və potensialını itirib. DAİŞ bu partlayışla kimə nə sübut etmək istəyərdi?
Livanda kifayət qədər silahlı qruplar var və illər uzunu bir-birləriylə mübarizə aparıblar. Onlar sonradan bu mübarizəni sivil formaya – parlament divarları arasına keçirməyə çalışsalar da, müxtəlif məzhəb qrupları arasındakı ixtilafları bu gün də qalmaqdadır. Bunun üstünə bölgənin müxtəlif dövlətlərinin Livanda kəsişən maraqlarını bu ölkədəki fərqli qruplar üzərindən həyata keçirdiyini də əlavə etmək lazımdır. Ona görə Beyrutdakı partlayışı istənilən qruplaşma həyata keçirə bilərdi.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir