KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Ermənistan KTMT-dən çıxmaga niyə tələsmir?

Kamal Aliyev:Ermənistan KTMT-dən çıxmaga niyə tələsmir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
118 0

Deyərdim ki,Yerevan və Moskva arasındakı cari münasibətləri analiz edərkən,belə bir məntiqli sualın ortaya çıxdıgını görə bilərik.Hələ ki,mənim gördüyüm bundan ibarətdir ki,Ermənistanın baş naziri Nikol Paşinyan Qərbdən lazımı təhlükəsuzlik zəmanəti almayına,belə bir addım atmaga tərəddüd edəcək.Bu,təbii ki,anlaşılandır və Paşinyanın indiki məqamda bu sayaq “kəskin”risq alacagını zənn etmirəm.

Beləliklə,Yerevan KTMT-nin hərbi-texniki,müşahidəçi missiyasının yardımından imtina edib.Üstəlik,erməni hökuməti Belorusdakı KTMT zirvəsində iştirakdan imtina etmişdi və bu təşkilatın baş katibinin müavini kvotası üçün də öz nümayəndəsini təyin etməmişdi.
Göründüyü ki,Nikol Paşinyan KTMT-nin timsalında Rusiyaya qarşı demarş edir.

Buna rəgmən,Ermənistan hökuməti KTNT-ni rəsmi olaraq tərk etməyi uzadır.Yuxarıda da toxundugum kimi,Yerevan əvvəlcə Qərbdən təhlükəsizlik qarantiyası almalı,daha sonra isə parlamentin qərarı ilə KTMT-dən çıxmalıdır.

Yeri gəlmişkən,noyabrın 19-da Ermənistan Avropa İttifaqının müçmi müşahidə missiyasının statusu haqqında müqavilə imzalayıb.Lakin bu müqavilə Qərbin Ermənistana təhlükəsizlik zəmanəti verdiyi anlamına gəlməz.Çünki,Aİ-nin ordusu yoxdur,hətta bu təşkilatın təhlükəsizliyi NATO-nun səlahiyyətinə daxildir.Ola bilsin ki,NATO Ermənistana Aİ-nin vasitəsiylə daxil olmaq istəyir.Əlbəttə,bu variantı da istisna etməməliyik.

Yerevanın Moskvadan uzaqlaşmaq strategiyası ikincinin də Cənubi Qafqaz geopolitikasına təsirsiz ötüşməyəcək.Bu baxımdan,Rusiya hələ ki,prosesi izləyir və hər hansı “həlledici”addım atmaga tələsmir.Ancaq bir faktı da nəzərə almalıyıq ki,Ermənistanın Rusiyanın geosiyasi orbitindən uzaqlaşması İranın da arzuladıgı konfiqurasiya deyil.Tehran öz şimal sərhədlərində Qərbin olmagındansa,Rusiyaya daha çox üstünlük verir.Zənn etmirəm ki,Türkiyə də Qərbin Ermənistandakı hərbi mövcudiyyətinə pozitif yanaşacaq.Ankara üçün ən optimal seçim Ermənistanda hər hansı qlobal gücün hərbi mövcudiyyətinin olmamasıdır.Əgər Ermənistan bir müddət əvvəl Paşinyanın “sag əli”Armen Qriqoryanın”biz ola bilsin ki,heç bir hərbi bloka qoşulmayaq”strategiyasına müraciət etsə,bu,ən çox Ankaranın maraqlarına cavab verəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir