KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. PUTİN PAŞİNYANI NAZARBAYEV VƏ LUKAŞENKODAN QORUDU

PUTİN PAŞİNYANI NAZARBAYEV VƏ LUKAŞENKODAN QORUDU

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
277 0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistandan olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan İrəvana başı aşağı qayıtmışdı. Çünki, KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, “müdrikcəsinə” susurdu. Bakıda bəzi siyasi mərkəzlər “Putin Paşinyanı sıxışdırır”, “Paşinyan Putinin nəzarətindən çıxıb” və ya “Rusiya Paşinyanı cəzalandıracaq” kimi Azərbaycan cəmiyyətini “rahatladacaq açıqlamalar verirdi. Putin əksinə Paşinyanı rahatladı.

Paşinyan Putinlə telefonla danışıb və xahiş edib ki, baş katibin məsələsi təxirə salınsın. Bu Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki, baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdi. Putin Paşinyanla razılaşıb və baş katib məsələsi təxirə salınıb. Başqa sözlə Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb. Siz də deyirdiniz ki, “Putinin Paşinyandan zəhləsi gedir və onun dərsini verəcək”. Gördük, necə dərsini verir. Putin qazax və belaruslu həmkarlarına arxa çevirərək Paşiyana dəstək oldu. KTMT-də baş katib məsələsi qaldı 2019-cu ilə. Paşinyan istəyinə nail oldu.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir