Dünyada o qədər maraqlı,qeyri-adi şeylər baş verir ki,adam az qalsın başını itirir.Hətta insan belə bir qənaətə gəlir ki,demokratiyanı soyuducuya qoyublar və dünyada hələ uzun müddət cəngəllik qanunları keçərli olacaq.BMT faktiki olaraq qeyri-funksional,bəyanat verməkdən savayı heç bir əhəmiyyəti qalmayan bir təşkilata çevrilib;az qalsın dünyanın bütün qaynar,dondurulmuş münaqişə ocaqlarını oyadırlar,xaotik situasiyanı daha da dərinləşdirirlər.
İndiki situasiyada “kimin əlinin kimin cibində olmasını”da müəyyən etməkdə çətinlik çəkirsən.
Beləliklə,Yaxın Şırqdə at izi it izinə,it izi də at izinə qarışıb.Belə demək mümkünsə,Yaxın Şərqdə “barıt çəlləyinin”partlaması və hadisələrin nəzarətdən çıxacagı nöqtəyə yaxınlaşırıq.Təsəvvür edin ki,antoqanizm o həddə dogru istiqamət alıb ki,hər an yeni dünya müharibəsinin çıxacagını da proqnozlaşdırsaq yanılmarıq.
Məşhur “Politiko”nəşri yazır ki,Qəzzadakı müharibə genişlənə bilər və Cozaf Bayden adminstrasiyası buna hazırlaşır.Bu nöqteyi-nəzərdən,konspiroloji nəzəriyyələri bir kənara qoyub soyuqqanı və təmkinli şəkildə prosesləri təhlil etmək lazımdır.İranın Kirman şəhərində baş verən son qətliamı analiz edərkən,konspiroloji nəzəriyyələrdən,çayxana mövzularından istifadə etmədən düzgün yanaşma sərgiləmək lazımdır.
Zənnimcə,Kirman qətliamı,HƏMAS üzvü Saleh Arurinin Beyrutda sui-qəsd nəticəsində öldürülməsi sıradan hadisələr kimi təhlil edilməməlidir.Biz maksimum çalışmalıyıq ki,Yaxın Şərqdə baş verənləri emosional şərli məntiqiylə analiz etməməliyik.Bu gün Yaxın Şərqdə,Koreya yarımadasında,Çin-Tayvan xəttində,Rusiya-Ukrayna müstəvisində,hətta Serbiyada avtoritar Aleksandr Vuçiç hökumətinə qarşı baş verənlər böyük qlobal(hətta bunu üçüncü dünya müharibəsinin başlayacagı kimi də)yanaşa bilərik.Yaşadıgımız Cənubi Qafqazda da ciddi proseslərin baş verəcəyini ehtimal edə bilərik.Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə dogru cəsarətli kursu,Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda namizədlik statusunun verilməsi də mühümdür.
Kamal Aliyev
Kamal Aliyev: Yeni dünya savaşına dogrumu gidiyoruz?
165 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.