KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Rusiya Qərbin İrandan neft almasına imkan vermir

Kamal Aliyev: Rusiya Qərbin İrandan neft almasına imkan vermir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi,bu ölkəyə qarşı tətbiq edilən agır sanksiyalar V.Putini başqa həmlələrə də sövq edir.
Daha dogrusu,Rusiya artıq 11 aydır Vyanada İran və Qərb dövlətləri arasında davam edən danışıqları belə demək mümkünsə,sarvat edib.Çünki,Rusiya 2015-ci ildə imzalanan və daha sonra ABŞ-ın keçmiş prezidenti D.Tramp tərəfindən ləgv edilən nüvə sazişini nüvə sazişinin yenidən imzalanmasını təhlükəli hesab edir.

Təbii ki,əgər Ukrayna böhranı baş verməsəydi və Rusiyaya qarşı “kabus”sanksiyalar tətbiq edilməsəydi,Kreml nüvə razılaşmasında qazanclı tərəflərdən biri olacaqdı;ruslar İrana qarşı qüvvədə olan silah embarqosunun ləgv edilməsindən faydalanacaqdı və bu ölkə ilə ticarət əlaqələrini daha da inkişaf etdirəcəydi.

Hazırkı situasiyada Rusiya nüvə sazişindəki texniki üstünlüklərindən istifadə edərək,prosesi bloklayıb.Nəzərə alsaq ki,əgər sazişin son detalları imzalansaydı,Qərb İrandan neft idxal edə biləcəydi.

Görünür,V.Putin buna imkan verməyəcək və yaxın həftələrdə Avropada neft qıtlıgını müşahidə edəcəyik.Ki ABŞ-da artıq neft qıtlıgı yaranıb.

Hazırda elə bir vəziyyət yaranıb ki,ABŞ,Çin,Fransa,Böyük Britaniya və Almaniya İranla nüvə sazişinin imzalanmasına can atırlar,ancaq Rusiya faktiki olaraq bu prosesi bloklayıb.Hərçənd,Vyana danışıqlarının əsas məqsədi Rusiyaya qarşı deyil.Buna rəgmən,Rusiya Avropada neft qətlıgını yaratmaq üçün hər vəchlə çalışır.Rusiya düşünürdü ki,İranla nüvə sazişi imzalanacagı təqdirdə,o bu ölkə ilə istənilən səviyyədə ticarət apara biləcək.Ancaq bu,indiki fors-major situasiyada istisna olunur.

Digər tərəfdən,razılaşmanın indiki formada imzalanması İrana böyük üstünlüklər verərdi.Çünki,İran hazırda neft qıtlıgı yaşayan ABŞ-a neft tədarük edə bilərdi.Ancaq daha sonra o da mümkündür ki,ABŞ-ın buna ehtiyacı qalmasın.

Eyni zamanda,İran dərin iqtisadi böhran yaşayır və əbədi olaraq Rusiyanın maraqlarına cavab vermək məcburiyyətində deyil.Tehranın da öz maraqları var.

Hal-hazırda ABŞ Venesueladan da neft idxal etmək istəyir.Halbuki,dünənə qədər Vaşinqton Venesuelanın avtoritar lideri Nokolas Maduroya qarşı agır sanksiyalar tətbiq etmişdi və müxalifət lideri Quaidoyu bu ölkənin legitim lideri hesab edirdi.İndi ABŞ-da getdikcə dərinləşən neft böhranı və son 40 ilin ən yüksək infilyasiya göstəriciləri Bayden adminstrasiyasını Maduroya yönəldir.Lakin iş ondadır ki,Rusiya Venesuelanın ABŞ-a neft ixracına da imkan vermir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir