KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Dağlıq Qarabağda dondurulmuş”status-kvo”yaratdı

Kamal Aliyev: Rusiya Dağlıq Qarabağda dondurulmuş”status-kvo”yaratdı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
290 0

Artıq 2022-ci ildəyik və bu il bizi yeni ildə nə gözlədiyini,xüsusilə Dağlıq Qarabağ ətrafında baş verməsi gözlənilən məsələlər daha çox maraqlandırır.Mən xarakter etibarı ilə optimist insan olsam da,bəzi mətləblərə aydınlıq gətirmək məcburiyyətindəyəm-bu,pessimist proünoz(lar)olsa belə.
Əvvala qeyd edim ki,2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji mənzərə yaranıb.Mən bunu inkar etmirəm.Lakin Dağlıq Qarabag məsələsinə təmas etdikdə görürük ki,situasiya heç də bizim arzuladığımız kimi getmədi və getmir.Belə ki,həm Dağlıq Qarabağ ərazisində rus sülhməramlıların məsuliyyət ərazisində,həm də Azərbaycan-Ermənistan dövlət sərhədində kiçik miqyasda da olsa,hərbi qarşıdurmalar baş verdi və itkilər oldu.Dogrudur,noyabrdakı Soçi və dekabırdakı Brüssel görüşlərində müəyyən pozitiv gəlişmılər yaşandı,ancaq ümumi vəziyyət sanki tupikə düşüb və çıxış yolu görünmür.Bəli, Ermənistanın baş naziri N.Paşinyanın son bəyanatları,xüsusilə,Dağlıq Qarabağın yekun statusunun Azərbaycan konstitusiyası əsasında həll edilə bilməsi yönündə fikirləri müsbətdir.Lakin hər şey N.Paşinyanın dedikləri ilə ölçülmür.

Son vaxtlar Dağlıq Qarabağdakı separatçıların lideri A.Harutyunyanı danışıran da Rusiyadır.Məsələ çox sadədir:kreml Dağlıq Qarabağ probleminin həllini istəmir,onu növbəti dəfə “dondurulmuş münaqişənin saxlayır və ərazidə öz quberniyasını qurur.Elə Dağlıq Qarabağdakı “rus”icması oyunu da bu planın tərkib elementidir.Mən inanmıram ki,4 il sonra rus hərbçiləri Dağlıq Qarabağı tərk edəcəklər.Bu barədə dəfələrlə yazmışam.Eyni zamanda,düşünmürəm ki,İlham Əliyev nə vaxtsa Qarabağdakı separatçılara qarşı hər hansı antiterror əməliyyatı keçirəcək.O,buna cəhd etsə,hətta iqtidarını da itirə bilər. Görünən odur ki,biz keçmiş DQMV-yə daxil olan Şuşa və Hadrutu azad etdik.DQMV-yə daxil olan digər ərazilər defakto Rusiyanın nəzarətinə keçdi.Daglıq Qarabağın ətrafındakı rayonları da işğaldan azad etsək də,problemin yekun həllinə nail ola bilmədik.Ən acınacaqlısı isə odur ki,qarşımızda Ermənistan yox,artıq Rusiya var.Bax,bu,ən arzuolunmaz nəticə idi.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir