İran İslam Respubliksının cumhurirəisi İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda biraraya gəldilər və növbəti dəfə Azərbaycana “xəbərdarlıq”etdilər.Şübhə yoxdur ki,xəbərdarlıgı Rəisi etdi və buyurdu ki,Ermənistanın təhlükəsizliyi,onun ərazi bütövlüyü,iki ölkə arasındakı sərhədlərin dəyişdirilməməsi İran üçün vacibdir.
Bəli,Ermənistan qonşumuz İran üçün “qırmızı xətt”dir və bu,səbəbdəndir ki,Məhsə Əminin qatilləri Azərbaycan sərhədinə 40 min əsgər toplayıb və bizə hədə-qorxu gəlir.Lakin bir şey bəsbəllidir ki,rejimin Azərbaycan hücum etməyə nə cəsarəti var,nə də ürəyi.Bu saat Xamaneinin diqqəti İranın 83 şəhərində geniş vüsət almış aksiyaların necə nəticələnəcəyidir.
Buna baxmayaraq,İ.Rəisi Paşinyanla görüşür və sətiraltı Azərbaycana buynuz göstərir,üzr istəyirəm,şirin quyrugun yelləyir.
Azərbaycandakı iranoidlər,QUMcuqlar isə bu gün İranda və Rusiyada cərəyan edən hadisələrə rəy bildirmirlər,daha çox üç meymunu oynayırlar.Bu zavallılar elə bilirlər ki,İrandakı teokratik rejimi tənqid etmək islamı tənqid etmiş olursan,əhli-beytə xainlik edirsən.Həmişə demişəm ki,imam Əlidən,imam Hüseyndən davamlı danışan,onlardan sitatlar gətirənlərin mütləq əksəriyyəti münafiqdirlər,oyunbazdırlar.
Təsəvvür edin ki,Rəisi CNN-in məşhur moderatoru Kristina Amanpura danışmır ki,o,müsahibəni hicabsız almaq istəyir.Əslində,Amanpur iranlı bir ailənin övladır və özünün də dediyi ki,o,Rəisiyə “əxlaq polisi”tərəfindən təzyiqə məruz qalaraq öldürülən M.Əmini haqqında suallar verəcəkdi.Bir arqumenti də dogru qəbul etmək olar ki,Amanpurun hicab taxması Rəisi üçün mühüm deyildi.Mühüm olan amerikalı peşəkar jurnalistin ona kəskin sualları olacaqdı.Halbuki,amerikalı jurnalistlər sabiq iranlı prezidentlərə;Məhəmməd Xatəmiyə,Mahmud Əhmədinecada,Həsən Ruhaniyə də keçmişdə xeyli ciddi suallar sormuşdular.
İran üçün Ermənistanın ərazi bütövlüyü “qırmızı xətt”ola bilər.Lakin kaş teokratik(həm də fars etnokratı)rejim üçün iranlıların hüquqları,azadlıqları da “qırmızı xətt”mahiyyəti daşıyaydı.
Kamal Aliyev kafkassam
Kamal Aliyev: Rəisi-Paşinyan görüşünün “qırmızı xətti”
168 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.