KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qərb Qazaxıstandakı hadisələrə niyə təmkinli yanaşdı?

Kamal Aliyev: Qərb Qazaxıstandakı hadisələrə niyə təmkinli yanaşdı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
388 0

Qazaxıstandakı son hadisələrə qərb mediasının,siyasi elitanın münasibəti kifayət qədər təmkinli oldu.
Daha dogrusu,qərbdəki siyasi elitanın ümumi rəyi bundan ibarət idi ki,Qazaxıstanın ərazi bütövlüyü,müstəqilliyi və sekulyar dəyərləri qorunmalıdır.
Üstəlik,Qazaxıstanda ABŞ-ın böyük neft-qaz şirkətləri və Nazarbayevin zamanından bəri iki ölkə arasında həmişə dostluq münasibətləri olub.Qərblilərində nəzərində qazaxlar sovet zamanında böyük əziyyətlər görmüş tolerant,təhsilli xalq kimi tanınır.Qazaxıstan Mərkəzi Asiyada 3 zaman qurşagına malik böyük bir ölkə kimi zəngin neft,qaz və urana malikdir.

1)Qazaxıstandakı son hadisələrin Mərkəzi Asiyaya yayılma ehtimalı,Rusiyanın və Çinin proseslərə münasibəti maraq kəsb edirdi.Hətta demək mümkünsə,hadisələr daha da genişlənsəydi,bu Moskvanın bir bəhanə ilə zəngin karbohidrogen yataqları və etnik rusların daha çox yaşadıgı ölkənin şimal hissəsinə müdaxilə etməsi ilə nəticələnə bilərdi.Yəni,Putin Donetsk və Luqansk variantını Qazaxıstanın şimalında da təkrar edə bilərdi.İndi isə prezident Tokayevin dəvəti ilə KTMT hərbçiləri ölkəyə daxil oldu.

2)Biz bundan qabaq Qırgızıstanda inqilablar,üzyanlar,çevrilişləri müşahidə etdik.Maraqlı həm də o idi ki,Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Mərkəzi Asiyada siyasi islamın nüfuzunun nə ölçüdə artacagı idi.Hər halda,Özbəkistandakı Əndican hadisələrində islamın təsir gücünü görmək mümkün olmuşdu.Bir məqamı da vurgulayım ki,post-sovet məkanında yeni gənclik sovet dövrünün siyasətçilərinin iqtidarları zamanında yetişsələr də,artıq yeniliyə can atırlar,yeni simalara maraq göstərirlər.Ancaq Qazaxıstandakı son hadisələrdə etirazçılar arasında ayrı-ayrı gəncqrupların “Allahu Əkbər”qışqırdıqlarını da gördük.

3)Beləliklə,Qazaxıstanın prezidenti,siyasi elmlər namizədi,tanınmış qazax yazıçısı Kemel Tokayevin oglu Kasım-Comart Tokayev KTMT-ni ölkəsindəki etirazçı xalqa qarşı müdaxilə etməyə çagırdı.Hətta o,KTMT-yə sədrlik edən Ermənistanın baş naziri N.Paşinyana da zəng etdi.Əslində,KTMT keçmiş Varşava Müqaviləsi təşkilatı kimi bir şeydir və bu qurumun yiyəsi də Rusiyadır.Ancaq o da məlumdur ki,Rusiyanın Qazaxıstanla sərhədində çox sayda rus əsgər vardı və onlar da elə bul bir çagırışa bənd idilər.Əlbəttə,Rusiyanın Qazaxıstanda maraqları var.Üstəlik,Qazaxıstandakı Baykanur kosmodromu Moskva üçün kilid əhəmiyyət daşıyır.Çinə gəldikdə isə,bu ölkə təbii qaza olan ehtiyacının 5%-ni bu ölkədən təmin edir.Deməli,Pekin üçün Qazaxıstandakı siyasi sabitlik elə Rusiya və qərb qədər vacibdir.Eyni zamanda,Rusiya,Çin və Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridirlər.

4)Nəzərə alsaq ki,Rusiya və Qərb arasında hal-hazırda Ukrayna ilə baglı gərginlik var.Rusiya üç tərəfdən Ukrayna sərhədlərinə onminlərlə hərbçi yıgıb və bu ay ABŞ-la müzakirələrin nəticəsinə köklənib.Yəni,Moskva heç bir halda istəmir ki,müəyyən bir etapdan sonra Qazaxıstandakı ixtişaşların miqyası daha da genişlənsin.Putini bu dəqiqə ən çox maraqlandıran post-sovet məkanında “gizli əl”dir və o,bunu səylə axtarmaqda davam edir.V.Putin hər hadisədə qərbi “günah keçisi”kimi görür və daxili auditoriyada özünə haqq qazandırmaga çalışır.

4)Qazaxıstandakı son hadisələr həm də elə bir mərhələdə baş verir ki,V.Putin Rusiyanın ətrafında yeni(SSR-i bənzəri)bir imperiya quracagına özünü inandırıb.Yəni,son hadisələrin miqyası bir az da böyüsəydi,açıq deyim nəzarətindən çıxsaydı,etirazçılara “terrorçu”damgası vurub Qazaxıstanın şimalındakı rusları “Ana Vətən Rusiya”ya birləşdirmək məqsədi ilə hərəkətə də keçə bilərdi.Hələ ki,buna ehtiyac yoxdur.

5)ABŞ indiki mərhələdə Qazaxıstan hökumətindən internet kəsintilərini aradan qaldırmaq,azad və ədalətli seçkilər keçirməyə çagıra bilər.Lakin reallıq budur ki,Vaşinqtonun Qazaxıstanda Rusiya kimə güclü təsir rıçaqları yoxdur.Əksinə,Vaşinqton və Nur Sultan(Astana)arasında həmişə isti münasibətlər olub,Qazaxıstanın enerji sektorunda(Tengiz yatagı)amerikalı şirkətlər fəaliyyət göstərir.İnanmıram ki,son hadisələrə görə,ABŞ Qazaxıstana qarşı hər hansı sanksiyalar tətbiq edəcək.Əgər belə bir şey olsa,bu,Vaşinqtonun Avropadakı müttəfiqlərinə ziyandır.Çünki,Avropa Qazaxıstandan enerji idxal edir.Üstəlik,Qazaxıstana qarşı sanksiyalar daha çox Rusiyanın maraqlarına cavab verər.ABŞ siyasətçiləri,tink tanklar(beyin mərkəzləri)kifayət qədər proqressiv və inklusuv düşünə bilirlər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir