KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Nikol Paşinyan Rusiya və Qərb arasında “balanslı”siyasi kurs təsis edə bilərmi?

Kamal Aliyev: Nikol Paşinyan Rusiya və Qərb arasında “balanslı”siyasi kurs təsis edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
92 0

Əvvala,Cənubi Qafqaz kimi həssas bir cografiyada “balanslı”siyasət yürütmək üçün niyyətlə bərabər heç şübhəsiz ki,imkanlar və potensial da vacib kriteriyalardır.Əslində,bu,məişətdə də belədir:insan qarşısına saf bir hədəf qoyur,ancaq gəl gör ki,onun bu məqsədi reallaşdırmasına potensialı imkan vermir.Və yaxud da insan müəyyən bir etapdan sonra vəziyyətin çətin oldugunu,hövsələsinin buna çatmadıgını görür və hədəfindən imtina edir.
Ya da məqsədini qeyri-müəyyən vaxta təxirə salır.

Son zamanlar görürük ki,Ermənistanın baş naziri N.Paşinyan öz siyasətində Qərb və Rusiya arasında “balans”saxlamaga cəhd edir.Hər halda,bu,Nikolun öz partiyası,siyasi məsləhətçilərindən aldıgı tövsiyyələrə uygun həyata keçirilir.
Məsələn,Paşinyan ABŞ prezidenti C.Baydenin təşəbbüsü ilə keçirilən və 110 ölkənin iştirak etdiyi Demokratiya sammitində deyir ki,Ermənistandakı mövcud demokratiyaya “xaricidən”təhlükə və təhdidlər var.Mən şübhə etmirəm ki,Paşinyan “xaricidən təhlükə və təhdidlər var”deyərkən,Rusiyanı nəzərdə tutur.Yəni,Paşinyan ilk növbədə kremli işarə edir.
Bu barədə Azərbaycan folklorunda “Qızım sənə deyirəm,gəlinim sən eşit”deyimi var.

N.Paşinyan və aglı başında olan ermənilər dərk edir ki,son 30 ildə Rusiya ilə müttəfiqlik bunlara korrupsiya,sərt avtoritarizm,demoqrafik,”Qarabag klanı”kimi problemlərdən savayı heç nə verməyib.Rasional düşünən ermənilər onun fərqindədirlər ki,kor-koranə Rusiyaya itaət,onun Cənubi Qafqazda forpostu rolunu oynamaq Ermənistana faciələrdən başqa heç nə bəxş etməyib.
Xüsusilə,son 44 günlük müharibədən sonra erməni cəmiyyətində hakim olan qənaət budur ki,Rusiya onları nə Azərbaycandan,nə də Türkiyədən qorumaga həvəs göstərmir.
Üstəlik,Rusiya indi ermənilərlə strateji müttəfiqlikdən daha çox indi onlarla azərbaycanlılar arasında vasitəçilik funksiyasını realizə edir.

Bundan əlavə,N.Paşinyan patronu Putin olan Avrasiya İqtisadi Təşkilatının zirvə görüşündə də deyir ki,bu təşkilatı möhkəmləndirməliyik.Paşinyan çox gözəl bilir ki,AİT,KTMT kimi təşkilatların yiyəsi Rusiyadır və bu subregional qrumlar anti-demokratiya təşkilatlarıdır.
Paşinyan eyni gündə həm qərbin,həm də Rusiyanın könlünü oxşayan fikirlər səsləndirməklə düşünür ki,o,”balans”siyasəti yürüdür.Nikolun bu ikibaşlı bəyanatları əslində nə qərbi,nə də Rusiyanı qane edir.Lakin Daglıq Qarabag mövzusunda etiraf etməliyik ki,Rusiya və qərbin mövqeləri adətən üst-üstə düşür.
Əfsuslar olsun ki,qərb Gürcüstan və Ukrayna mövzusunda Rusiyaya nümayiş etdirdiyi haqlı mövqeni Qarabag məsələsində heç vaxt Rusiyaya göstərməyib.

Məncə,bu,iki və ya daha çox səbəbdən qaynaqlanır…

-Qərb üçün Ukrayna və Gürcüstan geopolitik əhəmiyyəti və onların Qara dəniz hövzəsində yerləşməsi daha çox diqqət çəkməkdədir.

-Qərbdə 100 ildən artıqdır erməni diasporası və lobbi imkanları onları bəzi vacib məsələlərdə ermənilərə yaxın strategiya həyata keçirməyə məcbur edir.

Yeri gəlmişkən,Paşinyan onu da istəyir ki,ölkəsinin təhlükəsizliyi üçün Rusiya ilə,başqa siyasi məsələlərlə baglı isə qərblə əməkdaşlıq etsin.Yuxarıdada vurguladıgım kimi,Ermənistan son 30 ildə Rusiyadan birtərəfli asılılıq nəticəsində,problemlər yaşayıb.Ruslar tarix boyu öz təbəələrindən daha çox itaət istəyiblər.
Bu baxımdan,Paşinyan Rusiya və Qərb arasında “balans siyasəti”qurmaqla,həm geniş spektrda manevr imkanlarını artırmaq istəyir,həm də iqtidarının ömrünü uzatmaq istəyir.Paşinyan rusyönümlü siyasət ona görə yürüdə bilməz ki,keçmiş prezident R.Köçəryan Putinə ondan daha “sədaqətli”fiqurdur.Yəni,kremlin indiki mərhələdə Ermənistanda ona daha sədaqətlə qullug edən parlament fraksiyası “Hayastan”var.
Həm də Ermənistanın bütün enerji,nəqliyyat və sərhədlərinin təhlükəsizliyi Rusiyanın nəzarətindədir.
Üstəgəl,44 günlük müharibədən sonra Ermənistan Rusiyadan daha da asılı vəziyyətə düşüb.

Buna rəgmən,Paşinyan da hiyləgərdir.O,parlamentin spikeri Alen Simonyanın dilindən deyir ki,44 günlük müharibədən sonra erməni cəmiyyəti düşünür ki,Rusiya Daglıq Qarabagın onlardan alınıb Azərbaycana verilməsində iştirak edib.Təbii ki,bu Simonyandan daha çox Paşinyanın fikirləridir.Sadəcə,o,bəzi siyasi etiket qaydalarını pozmadan və ya açıq tarana getmədən Simonyan vasitəsi ilə Putinə sözünü deyir.
Həm də Rusiya bu məsələdə Ermənistana təzyiqlərini artırarsa,Paşinyan uzaqbaşı Simonyanı “qurbanlıq qoyun”edər.
Halbuki,Rusiya XİN-in mətbuat katibi M.Zaxariva dünən dedi k,bu mövzu artq onlar üçün qapanıb.Güman ki,İravandan Moskvaya “üzr istəmə”gəlib.

Beləliklə,Paşinyan öz aləmində Rusiya və Qərb arasında “balans”qurmaqla,manevr imkanlarının funksionallıgını təmin etməkdədir.
Bir zamanlar ata və ogul Əliyev hakimiyyətləri də bu üsuldan istifadə ediblər və nəticədə hakimiyyətlərinin ömrünü də uzadıblar.
Görəsən,indi kim-kimdən öyrənir?!

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.