KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran Azərbaycana qarşı müharibə edərmi?

Kamal Aliyev: İran Azərbaycana qarşı müharibə edərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
247 0

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan oktyabrın 21-də Ermənistana səfər etmədən öncə Tehranda “Diplomatiya sahəsi”televiziya proqramında demişdi ki,ölkəsi Ermənistanla əlaqə yollarının baglanmasına imkan verməyəcək.Və daha sonra Abdullahiyan fikirlərinin davamında onu da bəyan etmişdi ki,İran bu məqsədə çatmaq üçün sərhəddə hərbi təlimlər keçirir.Daha sonra İran İslam Respublikasının xarici işlər naziri əvvəlcə Yerevana,oradan da ermənistanlı həmkarı ilə Qafana gəlib “yarımçıq tikili”konsullugun açılışını etdi.Qafanda konsulluq binasının açılışında Yerevandakı səfirlik bəyan etdi ki,qafanlılar narahat olmasın,İran onların təhlükəsizliyi üçün bu şəh əırdədir.Üstəlik,Ə.H.Abdullahiyan ölkəsinin gerçək niyyətini açıqlayaraq dedi ki,Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir.Şübhəsiz ki,son 3 gündə iranlı rısmilərin Ermənistana sahib çıxmasının,özünü ermənilərin himayədarı kimi göstərməsi dolayı yox,birbaşa Azərbaycan-Türkiyə tandeminə qarşı yönəlmişdi.Mən hələ onu demirəm ki,İranın baş diplomatının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Cəbrayıl beynəlxalq hava limanın açılışı ilə az qala üst-üstə düşməsi təsadüfü deyildi.Ortata sual çıxır:Dogurdanmı İran Azərbaycana qarşı hərbi müdaxiləni gözə ala bilərmi?
Zənnimcə,bu suala birmənalı cavab vermək asan deyil.Lakin 43 illik İrandakı dini hakimiyyətin siyasi tarixinə nəzər yetirsək görərik ki,rejim özünü qorumaq üçün hər addıma əl ata bilər.Bilirik ki,1979-cu ildəki islam inqilabından sonra rejim İraqla uzun müddət qanlı müharibə apardı.Rejim Səddam Hüseynin İraqı ilə müharibə edərkən,daxildəki müxalifləri də yavaş-yavaş sıradan çıxardı.Belə demək mümkünsə,rejim 1980-1988-ci illərdə İraqla müharibibəni fürsət bilərək,daxildəki müxaliflərə qarşı repressiya tədbirlərinin şiddətini artırdı.Hazırda nəzərə alsaq ki,sentyabrın 16-dan İranın 100-dən çox şəhər və qəsəbələrində 22 yaşlı Məhisə Əminin hicab qaydasına əməl etmədiyinə görə, “əxlaq polisi”tərəfindən fiziki təzyiqə məruz qalaraq öldürülməsindən sonra başlayan etiraz aksiyaları hələ də davam edir.Yəni bu,o deməkdir ki,rejimin təməl prinsiplırini birbaşa təhdid edən “hicab”aksiyaları İran hökumətini qonşu və yaxud qonşulara qarşı hərbi təxribata sövq edə bilər.Onu da vurgulamaqda fayda var ki,rejim bu məsələdə provokasiyaya əl atmaq üçün Azərbaycanı seçmək istəyərdi.Bəli,mən ona görə “seçmək istəyərdi”demək istəyirəm ki,buna əl atmaga Tehranın gücü yoxdur.Baxmayaraq ki,SEPAH Azərbaycan ərazisindəki Nasosnu və Abşerondakı hərbi obyektləri vuracagı yönündə açıqlamalar verir,ancaq bu,rejimin bacaracagı bir hədəf deyil.Ona görə ki,Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi İranın arzusunun çin olmasına imkan verməyəcək.Digər tərəfdən,baxmayaraq ki,İran Ukraynayı vurmaq üçün Rusiyaya müxtəlif silah-sürsat və kamikadze dronları verir,bu o mənaya gəlməməlidir ki,kreml Tehranın Cənubi Qafqazda hərbi intervensiyasına razı olacaq.Bu,qətiyyən mümkün deyil.Əminəm ki,Tehrandakı siyasilər də bu həqiqəti dərk edirlər.Yəni,Tehranın Azərbaycana istiqamətlənən hır hansı hərbi macərasının önündə Türkiyə və Rusiyanın mövcudlugunu gözardı etməməliyik.
Bundan əlavə,Qərbin,o cümlədən,ABŞ-ın Azərbaycanda ciddi siyasi və enerji maraqlarının da oldugunu nəzərə alsaq deyə bilərik ki,Vaşinqtonun da mövqeyi bu məsələdə həlledici ola bilər.İndi Qərb ölkələri və İran arasında nüvə sazişi ətrafında müzakirələr davam edir.İran isə müqavilənin imzalanmasını yubatmaqla nüvə silahını hazırlamaq üçün zəruri olan uranın zənginləşdirilməsini reallaşdırmaq istəyir.Məncə,İsrail hökuməti də diqqətlə İranın fəaliyyətlərini izləyir.Hətta Təl-Əviv bəyan edir ki,Tehrana qarşı hər hansı koalisiya formalaşmasa belə,İsrail təkbaşına İrana hərbi müdaxilə edəcək.Gördüyünüz kimi,İran əəgər Azərbaycana qarşı hər hansl hərbi müdaxiləyə cəhd etsə,rejim böyük və ciddi koalisiya ilə üz-üzə qalacaq.Rejim bilir ki,ABŞ onun Rusiyaya kamikadze dronlarını verməsini bagışlamayacaq və mümkündür ki,Vaşinqton İrana qarşı tarixinin ən agır sansiyalarını tətbiq etsin.Bu nöqteyi-nəzərdən,Seyid Əli Əkbər və onun əmmaməli klerikal ünsürlərinin Azərbaycana hərbi müdaxilə edəcəyinə inanmıram.Üstəlik,Tehrandakı əmmaməli və çadralı qərarvericilər Güney Azərbaycandakı 30-35 milyonluq azərbaycanlının da rejimin agılsız addımlarına hansı təpkini verəcəyini çox gözəl bilirlər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir