Hal-hazırda Azərbaycan və Fransa arasında münasibətlər gərgindir və bunun əsas səbəbi də Fransanın Qarabag problemi kontekstində Ermənistanın mövqeyini açıq-aşkar müdafiə etməsidir.Üstəlik,Fransa Senatının Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə(ikincisi də gözlənilir)Bakıda belə demək mümkünsə bardagı daşıran son damla oldu.Ən sonda isə Azərbaycan prezidenti İlham Əliyevin Ada Universitetində Fransaya qarşı konkret demarşı buzə onu deməyə əsas verir ki,Bakı-Paris xəttində soyuq münasibətlər hələ bir müddət də davam edəcək.Maraqlı olan həm də budur ki,Fransa dekabrın 7-də Brüsseldə Əliyevlə görüş üçün Fransa prezidenti Emanuel Makronun iştirakını şərt qoşması oldu.Halbuki,Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması,sülh müqaviləsinin imzalanması üçün uygun format təşkil edə bilmişdi.Paşinyanın Brüsseldə Makronun iştirakını şərt qoşması birmənalı olaraq erməni baş nazirin Avropa İttifaqına hörmətsizliyidir.Təbii olaraq ortaya sual çıxır:Paşinyanın Makronun Brüssel görüşündə iştirak etməsində maragı nədir?Əlbəttə,bu sualın müxtəlif cavabları var,lakin birinci cavab budur ki,Paşinyan nəinki bu ilin sonuna,hətta gələn ildə yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.
Təsəvvür edin,44 günlük ilinci Qarabag müharibəsində agır məglubiyyətə düçar olmuş Ermənistan sanki “küllərindən yeni dogmuş ölkə”kimi şərtlər irəli sürür,hətta özünü qalib ədasında nümayiş etdirir.
Yeri gəlmişkən,Ermənistan Azərbaycanın hazırda təkcə Fransa ilə deyil,İranla da münasibətlərinin gərgin olmasından istifadə edir.Üstəgəl,Qarabagdakı rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki separatçı ermənilərin Azərbaycanın mövqelərini son vaxtlar intişensiv olaraq atışə tutması və Laçın dəhlizindən Qarabaga silah-sursatın daşınması Bakı-Moskva xəttində də problemlər yaradıb.Rusiya prezidenti V.Putinin ardıcıl olaraq azərbaycanlı həmkarı İ.Əliyevə zəng etməsinə baxmayaraq,rəsmi Bakı Moskvadan narazılıglnı gizlətmir Bakı xüsusilə,Moskvanın proyekti olan Ruben Vardanyanın Xankındidə “burda mınəm,Bagdadda kor xəlifə”kimi aparmasını qıbul etmir.Ki bunda da Azərbaycan tərəfi tamamilə haqlıdır.Yəni,Ermənistan tərəfi Azərbaycanın Miskva,Tehran və Parislı münasibətlərinin soyuq olmasından maksimum istifadə etmək istəyir.Əliyev iqtidarı gərək kifayət qədər diqqətli olsun.Açıq deməliyik ki,Qarabag problemi birdıfəlik həll olunmayıb və qarşıdakı dövrdə daha mürəkkəb mərhələ bizi gözləyir.Bu,şübhiz ki,siyasi və diplomatik cəbhədə aparılacaq mübarizə olacaq.
Azərbaycan-Fransa münasibətlərinin seyrinə gəlincə,həm Paşinyanın,həm də Makronun əsas məqsədi bundan ibarətdir ki,Bakı ATƏT-in Minsk Qrupunun mövcudlugunu və Fransanın Cənubi Qafqazda önəmli bir aktor oldugunu qəbul etsin.Hətta Paris onda da maraqlıdır ki,gələcəkdə Xankəndidə Fransanın humanitar missiyası da fəaliyyət göstərsin.Digər tərəfdən,həm Rusiyanın,hım də Fransanın son hərəkətlərini diqqətlə analiz etdikdə görürük ki,Qarabag məsələsində Kreml və Yelusey sarayı arasında koordinasiya,gizli əməkdaşlıq var.Hətta belə demək mümkünsə,Qarabagdakı ermənilərin müqəddaratı,bütövlükdə Cənubi Qafqazda erməni dövlətçiliyinin mövcudlugu kontekstində Paris-Moskva-Tehran arasında sanki geopolitik maraqlar var.
Beləliklə,Qarabag predikamenti mövzusunda bizi qarşıda daha mürəkkəb mərhələ gözləyir.Güman edirəm ki,Azərbaycan iqtidarının bundan sonrakı əsas hədəflərindən biri Fransanı həll prosesindən uzaq tutmaq olacaq.Şübhəsiz ki,bundan sonra ABŞ-ın mövqeyi də maraq kəsb edəcək.Rəsmi Bakı hazırda dərk edir ki,Rusiya,Fransa və İranın geosiyasi maraqları ilə onun niyyətləri tərs-mütənasibdir.Hətta rəsmi Bakı özünü müəyyən qədər təklənmiş hiss edir.İndi bu təklənmişlikdən qurtulmaq üçün müəyyən siyasi və diplomatik manevrlara ehtiyac var.
Xüsusilə,Bakı Parisi prosesdən necə uzaqlaşdıra biləcək…
Gözləyək,görək Azərbaycan iqtidarı hansı addımları atacaq…
Kamal Aliyev Kafkassam