Qonşu Gürcüstanda Qərb şəbəkəsinin yavaş-yavaş sıradan çıxarılması davam edir.Bu gün yayılan məlumata görə,Çin-Sinqapur Konsorsiumu Anaklia Liman müsabiqəsi üçün keçirilən tenderin qalibi olub.Hərçənd,tenderdə İsveçrə-Liksemburq şirkəti də mübarizəyə qoşulmuşdu.Ancaq mayın 20-nə qədər olan dedlayında avropalılar təkliflərini təqdim edə bilmədilər.Və Gürcüstan hökuməti də bu gün bəyan etdi ki,Anaklia limanı Çin-Sinqapur Birgə Konsorsiumuna veriləcək.İş ondadır ki,Qərbin Anaklia limanında hərbi baza qurmaq hədəfi vardı və bu gün məlum oldu ki,hökumət limanı çinlilərə verir.Bu,Gürcüstan üzərindən Rusiyaya qarşı geopolitik hədəfləri olan Qərb üçün nəzərəçarpacaq ugursuzluqdur.
Bundan əlavə,Gürcüstan parlamenti “vergi məcəlləsi”-ni prezident Salome Zarubaşvilinin vetosuna rəgmən,parlamentdə səs çoxluguyla qəbul etdi.Gürcü cəmiyyətində “Ofşor səhmləri”kimi tanınan layihə qərbpərəst müxalifət tərəfindən dəstəklənirdi.Baxmayaraq ki,Zurabaşvili mayın 3-də məlum qanun layihəsini veto etmişdi.
Beləliklə,Gürcüstanda Qərb-Rusiya qarşıdurmasında ruslar 3-0 önə keçdilər.Final isə növbəti seçkilərdə hakim “Gürcü Arzusu”partiyasının qələbəsi olacaq.
Kamal Aliyev