AzTv-nin jurnalisti deyir ki,Fransa Azərbaycana qarşı “ildırımsürətli”müharibə planı hazırlayıb və bunu Ermənistanla qəfil formada həyata keçirəcək.Mən dövlət televiziyasının bu iddasında nə qədər ciddi olub-olmamasını deyə bilmərəm.Yox,əgər Azərbaycan tərəfi Fransa və Ermənistanın bu sayaq ciddi planı barədə dəlillərə sahibdirsə,bunu mütləq ortaya qoymalıdır.Müharibə olduqca ciddi və məsuliyyətli hadisədir.Əgər Azərbaycan dövləti Fransanın belə planının oldugunu sübut edə bilmirsə,manipulyasiyaya yol verməməlidir.Azərbaycan xalqı yenicə müharibədən çıxıb və Qarabag ugrunda minlərlə şəhid verib.
O ki qaldı Fransanın erməniləri irəli verərək Azərbaycana hücum etməsinə,bu,uşaq oyuncagı deyil və bütövlükdə Ermənistan dövlətinin yox olmasına gətirib çıxara bilər.Ermənistan Ukrayna deyil ki,sərhədində ona logistik dəstək verən Polşa kimi dövlət olsun.Düşünürəm ki,Paşinyan da Azərbaycana qarşı genişmiqyaslı müharibəyə tərəfdar olsun.
Ermənistanın baş naziri 2008-ci ildə Saakaşvili Gürcüstanının başına gələnləri yaxşı bilir.Ola bilsin ki,hansısa “kənar qüvvə”Ermənistanı Azərbaycana qarşı provokasiyaya sövq etsin.Lamin mən Paşinyanın bu sayaq “siyasi intihara”əl atacagını düşünmürəm.
Maraqlı olan həm də budur mi,qarşıdakı illərdə erməni cəmiyyətində Rusiya və Azərbaycanın Ermənistana hücum edəcəyi və Zəngəzuru ələ keçirəcəyi haqqında əhval-ruhiyyə var.Sanki həm Azərbaycan,həm də Ermənistan cəmiyyətində yeni müharibə ehtimalını tirajlayan,körükləyən qüvvələr var.
Zənnimcə,hər iki Cənubi Qafqaz ölkəsi yeni müharibənin altından qalxa bilməz.Görünür, bəzi qlobal,hətta regional güclər öz geopolitik maraqlarını Cənubi Qafqazı qarışdırmaqda görür.Bu,olduqca təhlükəli tendensiyadır.Ən optimal variant isə bu olardı ki,Azərbaycandakı növbədənkənar prezident seçkilərindən sonra İlham Əliyev və Nikol Paşinyan mütləq biraraya gəlsinlər.Güman edirəm ki,Əliyev və Paşinyan arasında təkbətək və bunun davamlı olması müharibə ehtimalını da aradan qaldıra bilər.
Cənubi Qafqaz bizim evimizdir!
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kamal Aliyev: Ermenistan ve Fransa Azerbaycan’a saldıracakmı?
Kamal Aliyev: Ermenistan ve Fransa Azerbaycan’a saldıracakmı?
161 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.