KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ermənistan müxalifəti və Qafanda farsca tədris

Kamal Aliyev: Ermənistan müxalifəti və Qafanda farsca tədris

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
374 0

Ermənistanın ikinci prezidenti və Qarabag cəlladı Robert Köçəryan yenə fəallaşıb.Bu gün Köçəryan və tərəfdarları Yerevanda etiraz yürüyüşü keçirirlər.

Sabah isə Brüsseldə Əliyevin köməkçisi Hikmət Hacıyev və Ermənistan TŞ-nin rəhbəri Armen Qriqoryan arasında keçiriləcək görüşdə iki dövlət arasında sərhədlərin müəyyən edilməsi istiqamətində komissiyanın yaradılması müzakirə ediləcək.Halbuki,aprelin 6-sında Brüsseldə Əliyev və Paşinyan arasında keçirilən görüşdə razılaşdırılmışdı ki,ayın sonunda birgə komissiya qurulacaq.Ancaq görürük ki,Paşinyan həm vaxtı uzadır,həm də daxildə müxalifət lokal da olsa etiraz aksiyaları keçirir.

Ehtimal edirəm ki,sabah Hacıyev-Qriqoryan görüşündə müsbət nəticə baş versə də,mayın 13-ündə MDB xarici işlər nazirlərinin Düşənbədə keçirilən zirvə toplantısında Rusiya yenə də prosesin qarşısını ala bilər.Düşənbədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı və rusiyalı həmkarları Ararat Mirzoyan və Sergey Lavrovla görüşəcək.
Köçəryan isə yenə cıgallıq edir,Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdır.Onun tərəfdarları üzərində faşist Qaregin Nijdenin şəkilləri olan köynəklər geyiniblər.

P.S.Bu arada,Ermənistanın Syünik(Zəngəzur)vilayətindəki təhsil müəssisələrində fars dili tədris olunacaq.9 ay bundan əvvəl gəlinən razılıga görə,Qafan şəhərində İranın konsulluq şöbəsi fəaliyyətə başlayacaq.İran gördü ki,Zəngəzur dəhlizinin açılması ehtimalı var,dərhal Qafanda konsulluq ideyasını qafasına qoydu.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir