KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Böyük Britaniyanı Azərbaycandan incik salan nədir?

Kamal Aliyev: Böyük Britaniyanı Azərbaycandan incik salan nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
221 0

BMT TŞ-də Böyük Britaniya təmsilçisinin Laçın yolunun açılmasıyla baglı Azərbaycana çagırışa qoşulmasını interpritasiya etməyin tərəfdarıyam.Hərçənd,Bakı və London arasında siyasi,iqtisadi,enerji əməkdaşlıgının tarixi öt əın əsrin 90-cı illərindən başlayır.Britaniyanın nüfuzlu enerji şirkəti BP-nin Xəzərdə yatırdıgı milyardlarla investisiya və qazancı nəzərdən keçirsək görərik ki,TŞ-də ingilis nümayəndəsinin mövqeyi gözlənilməz idi.Onu da nəzərə almaqda fayda var ki,Böyük Britaniyanın Cənubi Qafqazda,xüsusilə Azərbaycanda geopolitik müstəvidə “əbədi maraqları”var.Və belə olan təqdirdə,BMT TŞ-nın iclasında Britaniya nümayəndəsinin mövqeyi dərin şəkildə analiz edilməlidir.
Bir müddət əvvəl Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin(Mİ6)rəhbəri Riçard Murun Ermənistana səfər edərək bu ölkənin baş naziri Nikol Paşinyanla görüşü və bunun ardından BMT Təhlükəsizlik Şurasındakı britaniyalı nümayəndənin məlum davranışı arasında paralellər aparmagın əleyhinə deyiləm.Görünür,London düşünür ki,Rusiyanın Cənubi Qafqazdan çıxarılması istiqamətində Paşinyan iqtidarı ilə işləmək vacibdir.Bundan əvvəl isə Yerevana ABŞ MKİ-nin direktoru Nikolas Börn də təşrif buyurmuşdu.Mümkündür ki,həm Riçard Murun,həm də Nikolas Börnsün Yerevana gəlişi Rusiya ilə yanaşı,İrana görə dı hesablansın.O da diqqəti çəkir ki,sin iki ildə Cənubi Qafqaz həm regional,həm də qlobal aktorların maraq dairəsinə girib.Hətta Hindistan kimi regional və qüdrətli ölkənin də son zamanlar Ermənistan üzərindən Cənubi Qafqaza maragının artıgını müşahidə edirik;bu,həm Yeni Dehli-Yerevan arasında hərbi sahədə əməkdaşlıqdan tutmuş İran-Hindistan-Ermənistan arasında geoiqtisadi layhilərə qədər uzanır.
Bir məqamı da nəzərə almalıyıq ki,Böyük Britaniya və Hindistan arasında siyasi-iqtisadi münasibətlər də yüksək səviyyədədir.Hətta Böyük Britaniyanın hazırki baş naziri Rişi Sunak hind əsillidir.Konkret olaraq,BMT TŞ-də Britaniya nümayəndəsinin Laçın yolunun açılması məsələsində mövqeyi ciddi analiz edilməlidir.Əlbəttə,Təhlükəsizlik Şurasında Fransanın mövqeyi anlaşılandır və biz bunu Parisin Ermənistanla baglı ənənəvi siyasətini,bu ölkədəki güclü erməni disaporu,lobbisi ilə əlaqələndirə bilərik.Ancaq Böyük Britaniyada nə yüzminlərlə etnik erməni yaşayır,nə də bu ölkənin siyasi elitasında hayların güclü lobbi qrupları var.Deməli,bu məsələdə bilmədiyimiz digər məqamlar da var.Bu baxımdan,Azərbaycan iqtidarı,Londonda fəaliyyət göstərən səfir Böyük Britaniyadakı siyasətçilər və diplomatlarls təmaslar yaratmalı,prosesi xeyrimizə çevirməlidir.

P.S.Yeri gəlmişkən,dünən Fransa prezidenti Emanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib və onunla Laçın yolundakı vəziyyəti müzakirə edib.Əliyev də Makronun nəzərinə çatdırıb ki,ekoaktivistlər Laçın koridorunu baglamayıb və humanitar,mülki məqsədlər üçün yol istifadə oluna bilər.Əliyev onu da deyib ki,ekofəalların keçirdiyi aksiyanın mahiyyəti budur ki,Qarabagda Azərbaycanın təbii resurslarının qanunsuz istismarına son qoyulsun.Fransa prezidentinin nəzərinə Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işgalı altında oldugu faktı da çatdırılıb.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir