KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Bakı və Tehran arasında “soyuq müharibə”bitir?

Kamal Aliyev: Bakı və Tehran arasında “soyuq müharibə”bitir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
236 0

Bakı və Tehran arasında “soyuq müharibə”bitir?

Son həftələr Azərbaycan və İran hökumətləri arasında yaşanan “soyuq küləklər”bitmək üzrədir-desək yanılmarıq.Belə demək mümkünsə Bakı və Tehran qarşılıqlı ittihamların,media yoluyla hesablaşmagın lüzumsuz və gərəksiz oldugunu anlamaga başlayıblar.Təbii ki,Əliyev iqtidarı da bacardıgı qədər anti-İran təbligatından siyasi dividentlər götürməyə çalışdı və deyərdim ki,müəyyən üstünlüklərə nail oldu.Ancaq Azərbaycan iqtidarı bir məqamı da dərk etdi ki,eyni vaxtda həm Rusiya,həm də İranla igəşmək potensialı yoxdur.Nəzərə alaq ki,Rusiya və İran Azərbaycanın iki nəhəng qonşularıdır və bu dövlətlərlə “mübahisə”Bakının potensialını aşır.
Nəhayət,ötən gün İranın ali lideri Əli Əkbər Xamaneinin müşaviri Vilayətinin Azərbaycan və azərbaycanlılarla baglı pozitiv fikirləri bizə onu deməyə əsas verdi ki,teokratik rejim son vaxtlar yaşadıgı problemlərə əlavə olaraq Azərbaycanla qarşıdurmaya getməyin risqli oldugunu dərk etdi.İran və Azərbaycan arasında yaşanan “soyuq müharibə”dən İlham Əliyev də istifadə edərək,nəhayət İsraildə səfirlik açmaga qərar verdi.Dogrudur,İranın Ermənistanın Qafan şəhərində konsulluq açmasından sonra Əliyevin İsraillə baglı qəti qərar verəcəyi gözlənilirdi.
Bundan əlavə,İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Vilayətinin jestinə müsbət cavab verməsi həm də onu göstərdi ki,tərəflər qarşılıqlı ittihamların lüzumsuz oldugunu dərk ediblər.Belə ki,İran XİN-nin mətbuat katibi Nasir Kanaani bu gün dedi ki,onlar Bakıdan müsbət siqnallar alırlar və Azərbaycanla ikitərəfli münasibətlərdə qarşılıqlı sayqıya önəm verirlər.İran hökuməti anlayır ki,ölkə daxilində 66 gündür davam edən aksiyalar rejimin təməllərinə ciddi problemlər yaratmaga başlayıb və üstəlik,milyonlarla etnik azərinin proseslərə kütləvi şəkildə qoşulması ehtimalı sistemin çökməsiylə nəticələnə bilər.Bu nöqteyi-nəzərdən Əli Əkbər Vilayətinin azərilərin könlünü alan pozitiv fikirlər prinsipcə ölkədə etiraz aksiyalarının səngidilməsinə hesablanmışdı.Görünür,ali rəhbər Xamanei vəziyyətin kritik oldugunu dərk edir və farslardan sonra ikinci etnik qrup olan azərilərin dəstəyini almagı hədəfləyib.Çünki hazırda azərbaycanlılarla yanaşı sünni kürdlər və bəluclar da etiraz aksiyalarında olduqca fəaldırlar.İrandakı etnik azərilər isə şiədirlər.Mümkündür ki,Xamanei azərilərin şiə oldugunu da nəzərə alaraq onların dəstəyinə ehtiyac duyub.Vilayəti dünən əbəs yerə Səfəvi şahı Şah İsmayıl haqqında da yazmamışdı.Şah İsmayıl həm etnik azəri idi,həm də İranda şiəliyin dövlətin rısmi məzhəbi etmişdi.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir