KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Batı Netenyahu’dan elini yüzdümü?

Kamal Aliyev: Batı Netenyahu’dan elini yüzdümü?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
112 0

“The Economist”yazır ki,Benyamin Netenyahunun apardıgı siyasət İsrailin təhlükəsizliyini baltalayır və onun iqtidardan getməyinin vaxtı gəlmişdir.
Görünür,ingilislərin nüfuzlu nəşri Qəzzadakı savaş,Tehranın dəstəklədiyi husilərin Qırmızı dənizdə dünya ticarətini təhdid etməsini və dünən İranın Kirman şəhərində baş vermiş qətliamın Yaxın Şərqdə genişmiqyaslı müharibənin baş verəcəyini görür.
Əgər müharibənin əhatə dairəsi genişlənərsə,Qərbin bölgədəki strateji maraqlarına da zərbə vurulacagı ehtimalı artır.Həm İran,həm də İsraili birmənalı olaraq dəstəkləyən Qərb koalisiyası hələ ki,birbaşa qarşı-qarşıya gəlməkdən maksimum yayınırlar.Hətta onu da vurgulamaq yerinə düşər ki,İsrail də İranla indiki məqamda üz-üzə gəlmək istəmir.Netenyahunun millətçi koalisiyasının strategiyası belədir ki,İrana nüvə silahı əldə etməyə imkan verilməməlidir.Yox,əgər rejim nüvə silahı yaratmaqda israrlı olarsa,o zaman ABŞ prosesə müdaxilə etməli,hətta bu ölkəni bombalamalıdır.
B.Netenyahudan fərqli olaraq,Vaşinqton İrana birbaşa müdaxilənin zamanının gəlmədiyini bilir və bunun hərbi-siyasi rusqlərini də hesablayır.Bu,o deməkdir ki,ABŞ İrana birbaşa müdaxilə edərsə,müharibənin arealı təkcə bu ölkə ilə məhdudlaşmayacaq.İranla yanaşı İraq,Suriya,Livan və Yəməndəki husilər də prosesə daxil olacaq.Bu isə Yaxın Şərqdə uzunmüddətli müharibəyə səbəb ola bilər.Şübhəsiz ki,ABŞ-nin uzun müddət Yaxın Şərqdə məşgul olması ən çox Çin və Rusiyanın işinə yarıyır.Hər halda,Vaşinqtonda da bu reallıgı görürlər ki,maksimum daha ehtiyyatlı və səbirlidirlər.
ABŞ və müttəfiqlərinin Əfqanıstandan sonra Yaxın Şərqdəki müharibəyə müdaxiləsi Ukrayna üçün də təhlükəlidir.Çinin fürsəti əldən verməyəcəyi və Tayvanı işgal etmək hədəfini də unutmamalıyıq.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir