KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: ABŞ-nin Fələstin mövzusunda Türkiyədən tələbləri nədir?

Kamal Aliyev: ABŞ-nin Fələstin mövzusunda Türkiyədən tələbləri nədir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
25 0

ABŞ-nin dövlət katibi Antoni blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək.Təbii ki,Blinkenin indiki ərəfədə Ankaraya təşrif buyurması İsrail və “HƏMAS”arasında davam edən qanlı müharibə ilə birbaşa əlaqəlidir.
Türkiyə bu gün faktiki olaraq,yeganə NATO üzvüdür ki,İsraili açıq şəkildə Qəzza zolagında terror törətməkdə,mülki əhaliyə qarşı soyqırım törətməkdə ittiham edir.Şübhəsiz ki,bu,hazırda İsrailin ən yaxın müttəfiqi olan ABŞ üçün qəbuledilməzdir.Ehtimal etmək olar ki,dövlət katibi Antoni Blinken təmsil etdiyi dövlətin narazılıgını türkiyəli həmkarı Hakan Fidana bildirəcək.
Üstəlik,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Qazaxıstan dönüşündə jurnalistlərə verdiyi açıqlamada demişdi ki,İsrailin Qəzza zolagında törətdiklərinə Qərbin də rolu böyükdür.
Bir məqamı da vurgulayım ki,bir müddət əvvəl ABŞ Suriyanın şimalinda Türkiyəyə məxsus PUA-nı vurmuşdu.Bu,iki NATO üzvü arasında tarixdə az rast gəlinən skandal idi.
Hərçənd,Suriyanın şimalında separatçı kürdlər(YPG)ABŞ tərəfindən dəstəklənir və amerikalılar iddia edirlər ki,kürdlər İŞİD-ə qarşı mübarizədə müstəsna rol oynayırlar.
Əlbəttə,YPG məsələsi iki NATO üzvü -ABŞ və Türkiyə arasında ayrı müzakirə mövzusudur.
Konkret olaraq Antoni Blinkenin Türkiyəyə belə həssas məqamda səfərinə gəlincə,gözlənilən təmaslarda ən mühüm müzakirə mövzusu İsrail və “HƏMAS” arasındakı müharibə,Qəzza zolagında yaşanan humanitar fəlakət və bu ərazini tərk edən fələstinlilərin taleyi olacaq.
Zənnimcə,Antoni Blinken-Hakan Fidan arasında baş tutacaq görüşdə aşagıdakı detallar ətrafında fikir mübadiləsi aparılacaq…

-ABŞ müharibənin Yaxın Şərqdə daha çox arealı əhatə edəcəyini ehtimal edir və İran amilini də nəzərdə saxlayır.ABŞ və İsrailə görə,”HƏMAS”-ın oktyabrın 7-də İsrailə qarşı hücumunun arxasında İran var.Əgər müharibə bir müddət də davam edərsə,İran nəzarətində saxladıgı “Hizbullah”,”Həşdi-Şəbi”kimi proksi qruplaşmaları meydana daxil edə bilər.Bu,olduqca təhlükəlidir və bir mühüm məqam da bu ola bilər ki,İran Hürmüz bogazını qapaya bilər.Mümkündür ki,Vaşinqton bu ehtimalı nəzərə alaraq,Türkiyənin NATO müttəfiqi ABŞ ilə ortaq mənfəətlər ətrafında konsolodasiya nümayiş etdirməyə dəvət edəcək.

-Blinkenin Türkiyədən bir tələbi də Qəzza zolagında yaşayan fələstinli qaçqınların bir hissəsinin Ankara tərəfindən qəbul edilməsi olacaq.Görünən budur ki,başından bəri ABŞ və İsrail Qəzzada yaşayan 2,5 milyonluq fələstinlinin Misirin Sinay yarımadasına köçürülməsini istəyir.Buna rəgmən,Misir prezidenti Əbdülfəttah Sisi bəyan edib ki,fələstinlilər dogma vətənlərini tərk etmələrini və Sinay çölündə məskunlaşmasını qəbul etməyəcəklər.Hətta belə bir iddia da var ki,əgər Misir fələstinlilərin Sinay yarımadasına köçürülməsini qəbul edərsə,bu ölkənin xarici borcları silinəcək.Hələ ki,Qahirə bu təklifi qəbul etməyə isti yanaşmır.Belə olan təqdirdə,Qəzzadakı fələstinlilərin müəyyən bir kvotaya uygun olaraq digər müsəlman ölkələrində məskunlaşdırılması gündəmə gələ bilər.Bu baxımdan,mümkündür ki,Blinken fələstinli qaçqınların bir qisminin də Türkiyədə məskunlaşdırılmasını təklif edə bilər.Maraqlı budur ki,Türkiyə görəsən belə bir təklif ediləcəyi təqdirdə hansı reaksiyanı verəcək…

-Düşünürəm ki,müharibənin bütün Yaxın Şərq regionuna yayılacagı təqdirdə,ABŞ təhlükəsizlik zəmanəti verdiyi İsraili qorumaq üçün NATO-nu prosesə daxil edə bilər.Dogrudur,İsrail NATO-nun üzvü deyil,lakin bul ölkənin Yaxın Şərqdə mövcudlugu Vaşinqton üçün hətta öz müqəddaratından belə əskik deyil.Nəzərə almalıyıq ki,Türkiyə NATO-nun önəmli üzvüdür və hərbi aliyansın alacagı qərarlara riayət etməlidir.Əgər ABŞ İsrail üçün NATO-nu prosesə daxil edərsə,nə qədər çətin olsa da,Ankara yaxasını kənara çəkə bilməyəcək.Elə ən kritik detal da budur.

Təbii ki,bütün bunlar mənim ehtimallarım,ssenarilərimdir.Hər halda,hazırda baş verənləri analiz edərkən,bütün ehtimalları nəzərə almaq lazımdır.
Buna əlavə olaraq,Türkiyənin də ABŞ-a bəzi şərtləri,hətta tələbləri ola bilər.Ankara istəyir ki,Fələstin Muxtariyyəti də daxil olmaqla,Qəzzanın da təhlükəsizliyinə qarant funksiyasını üzərinə götürsün.Maraqlıdır,İsrail və ABŞ Türkiyənin bu tələbinə necə cavab verəcəklər?
Sabah Blinkenin səfərindən sonra bu detala da aydınlıq gətiriləcək…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir