KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Ərdoganın İran ziyarəti və Tehranın ikili oyunu

Kamal Aliyev: Ərdoganın İran ziyarəti və Tehranın ikili oyunu

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
264 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın İran ziyarəti və bu ölkənin dövlət başçısı ilə keçirdiyi mətbuat konfransında dediklərini təhlil etməkdə fayda var.
Əvvala,onu vurgulayım ki,Türkiyə,Rusiya və İran prezidentləri “Astana Formatı”çərçivəsində növbəti dəfə biraraya gələcəklər.Məlumdur ki,prezidentlər arasında əsas müzakirə mövzusu Suriya və Türkiyənin bu ölkənin şimalındakı PKK/PYD təşkilatına qarşı keçirəcəyi ehtimal olunan hərbi əməliyyatdır.Məsələ bundan ibarətdir ki,Ankara öz təhlükəsizlik maraqlarını önə sürərək bundan əvvəldə Suriyanın şimalında əməliyyatlar keçirmişdi.Lakin bu dəfə İran hökuməti Ankaranın Suriyada keçirmək istədiyi anti-terror əməliyyatına qarşıdır.Daha dogrusu,Türkiyənin ehtimal olunan Suriya əməliyyatına İrandan fərqli səslər eşidirik.
Belə ki,İranın ali rəhbəri Seyid Əli Xamanei Türkiyə prezidenti ilə görüşündə deyib ki,regionda hər hansı bir hərbi əməliyyat zərərlidir və bölgədəki terror təşkilatlarına faydalı ola bilər.Halbuki,Suriyanın ərazi bütövlüyü məsələsi Ankaranın,Moskvanın və Tehranın qırmızı xəttidir.Görünür,İranın ali dini rəhbəri buna etinadsız yanaşır.
Digər tərəfdən,bir müddət əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankaraya səfər etmişdi və demişdi ki,Tehran Türkiyənin təhlükəsizlik qaygılarını və terror təhdidini anlayır.

Maraqlıdır ki,İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyir ki,Türkiyənin təhlükəsizlik problemləri mühümdür və Ankara il əı bu istiqamətdə bərabər olacagıq.
Gördüyünüz kimi,Türkiyənin gözl ənilən Suriya əməliyyatında Xamanei və Rəisi arasında müəyyən ziddiyyətlər var.Buna baxmayaraq,düşünürəm ki,Tühran Türkiyənin Təl-Rıfat və Mənbiçdə PYD-yə qarşı keçirəcəyi hərbi əməliyyata müqavimət göstərməyəcək.Yəni,Türkiyə hökuməti öz təhlükəsizlik doktrinasına uygun olaraq,PYD-yə qarşı hərbi əməliyyatı icra edəcək.
Güman edirəm ki,hazırkı geopolitik reallıqlar Ankaranı daha çevik qərarlar verməyə sövq edir və yaranmış bu unikal şansı türklər əldən verməyəcək.
Ərdogan bu gün Tehranda Rusiys prezidenti Putinlə keçirəcəyi görüşdə də Suriya əməliyyatına mane olmamagı ondan tələb edıcək.Nə Rusiya,nə İran Suriya ilə birbaşa sərhəd dövlətlər deyil.Türkiyə isə Suriy as ilə sərhədi olan bir dövlət kimi öz təhlükəsizlik maraqlarını qorumaqda israrlıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir