KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev:Yeni Dünya Nizamında Yaxın Şərq ugrunda qlobal mübarizə

Kamal Əliyev:Yeni Dünya Nizamında Yaxın Şərq ugrunda qlobal mübarizə

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
190 0

Çox qəribə vəziyyət yaranıb:Ərdogana görə,”HƏMAS” mücahidlərin öz torpaqlarında mübarizə apardıgı təşkilatdır.ABŞ və Avropa İtiifaqı “HƏMAS”-terror təşkilatları sırasına daxil edib,Rusiya bu qruplaşmanın liderlərini Moskvaya dəvət edir.Çinin “HƏMAS”-la uzun illərdir kintaktları var.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün ABŞ-ni xəbərdar edib ki,İsrailə birtərəfli dəstəyini davam etdirsə,Yaxın Şərqdə ona qarşı başqa cəbhələr də açılacaq.Diqqət edin,ABŞ və İran qarşı-qarşıya gəlməkdən çəkinir.İran ABŞ və İsraillə qarşı-qarşıya gəlməmək üçün öz proksilərini(HƏMAS xaric)hələ ki,aktiv fazaya daxil etməyib.Ola bilsin ki,İran Çinin və Rusiyanın da dəstəyinə tam arxayın olan kimi,hərəkətə keçəcək.Bu,Yaxın Şərqdə böyük və uzunmüddətli müharibə deməkdir.
-Tərəflər buna hazırdılarmı?
-Təbii ki,buna birmənalı cavab vermək çətindir,ancaq “razborka”gec-tez baş verəcək.

ABŞ istəyirdi ki,Çin Tayvana hücum etsin və beləliklə Rusiyanı Ukraynada oldugu kimi,Çini də adada tələyə salsın.Görünür,Çin dövlət agılı ruslardan fərqli olaraq daha rasional düşünmək qabiliyyətinə malikdir.
Pekinin taktikası ondan ibarətdir ki,İsrail-Fələstin qarşıdurması bir müddətdə davam etsin və ABŞ resurslarının önəmli hissəsini Yaxın Şərqdə xərcləsin.

Eyni zamanda,Böyük Britaniya və ABŞ-nin Tayvan məsələsindəki mövqeyi ilə Avropa İttifaqının yanaşması arasında ciddi fərqlər var.Aİ Çinlə iqtisadi münasibətlərini qorumaq istəyir.Bu baxımdan Brüssel və anqlosaksonlar arasında ziddiyyətlər mövcuddur.
Üstəlik,Çin və Rusiya kollektiv Qərblə konfrantasıya ərəfəsində islam ölkələrini də yanlarına almaq istəyirlər.Ya da ən azından Pekin və Moskva 52 müsəlman dövlətinin Qərblə qarşıdurma anında neytral qalmasına çalışırlar.

Görünən odur ki,hər iki tərəf-həm Qərb,həm də Rusiya-Çin İttifaqı(İranı da bura daxil edə bilərik)Yeni Dünya Nizamında(YDN)ərəb və müsəlmanların da dəstəyini almaq istəyirlər.Qərb də öz növbəsində bunun fərqindədir və müsəlmanları da özündən küsdürmək istəmir.Ancaq Qərb İsrail və yəhudi sərmayəsindən də imtina etməyəcək.
Bu nöqteyi-nəzərdən,hazırda Yaxın Şərqdə baş verənlər YDN ərəfəsində qlobal güclərin Yaxın Şərq ugrunda amansız mübarizəsidir.Qalib gələn tərəf Yeni Dünya Nizamında “əjdaha”payına sahiblənəcək.

Azərbaycanın mövqeyinə gəlincə,onun strateji müttəfiqi Türkiyənin mövqetini prezident Rəcəb Tayyib Ərdogan bir daha mitinq meydanında elan etdi.Pakistan isə İsraili heç dövlət kimi də tanımır.Rusiyanın mövqeyi də aşagı-yuxarı məlumdur.Ancaq İlham Əliyev hökuməti daha sakit və ehtiyyatlı mövqe sərgiləyir.İqtidara yaxın media hadisələrə hələ ki,nisbətən “neytral”reaksiya göstərir.Əlbəttə,Azərbaycan hökuməti fələstinlilərin dövlət yaratma haqqının oldugunu da rəsmi olaraq xarici işlər naziri Ceyhun Bayramovun dilindən bəyan edib.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir