KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Boris Conson nədən Kiyevə gəldi

Fuad Gahramanlı: Boris Conson nədən Kiyevə gəldi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
308 0

4 Avropa liderindən Putinə gözləmədiyi zərbə

Boris Conson nədən Kiyevə gəldi

Putinin enerji silahı da artıq bir işə yaramır.

Fransa, Almaniya Rumıniya və İtaliya dövlət rəhbərlərinin Ukraynaya səfərinə Putinin bəslədiyi ümidlər boşa çıxdı. Rusiyanın əsas gözləntisi bundan ibarət idi ki, bu missiya Ukraynanı İngiltərə və ABŞ-n təsirindən çıxarıb, güzəştli danışıqlara sövq edə biləcək. Ancaq Zelenski ilə görüşdən sonra, Putinin daha çox ümid bəslədiyi Makronun əvvəlki mövqeyini dəyişdiyu göründü. Fransa prezidenti görüşdən sonra bildirdi ki, “Ukrayna möhkəm dayanmalı və qələbə üçün çalışmalıdır”. Fransa hətta öz hərbi dəstəyinin təsdiqi kimi Ukraynaya əlavə 6 ədəd CESAR artileriya qurğusu göndərəcəyini bildirib. Almaniya kansleri Şols,Rumıniya prezidenti Yohannis və İtaliya Baş naziri Dragi açıq bəyanat verməsələr də, belə çıxırdı ki, Makron həm də onunla birgə səfərə gələn missiya üzvləri adından bu bəyanatı verib. O da, məlum olub ki, dörd ölkə rəhbəri Zelenski ilə görüşdə Ukraynanya AB üzvlüyünə namizəd statusu verilməsini dəstəkləyəcəkləri barədə söz veriblər. Onların bu mövqeyi Putini məyus etməklə yanaşı, həm də onun üçün gözlənilməz zərbə olub.
4 ölkə rəhbəri Kiyevi tərk edən kimi, Putinin cavab reaksiyası özünü çox gözlətmədi. Dünən Rusiya Fransaya verdiyi qazı tamam kəsdi, Almaniya verilən qaz həcmi isə əhəmiyyətli dərəcədə azaltdı. Putinin enerjidən Avropa ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi çox böyük ehtimalla Rusiyaya qarşı əks reaksiya doğuraraq, Qərbdə Ukraynaya dəstək tərəfdarlarının mövqeyini daha da gücləndirəcək. İndiyə qədər Rusiyaya qarşı Qərbin daha sərt mövqeyinə əngəl olan Fransa, Almaniya və İtaliyanın bundan sonra Ukrayna məsələsində ABŞ- la daha çox yaxınlaşacağını gözləmək olar. Nəticədə Putinin hikkəki qərarı üzündən Rusiyanın beynəlxalq təcrid daha da artacaq və təhlükəsizlik təhdidləri üzündən ABŞ-la İngiltərənin Avropa üzərində təsirlələri güclənəcək.
Maraqlıdlr ki, bu 4 Avropa ölkəsi rəhbərləri Kiyevi tərk edən kimi, İngiltərə Baş naziri Boris Conson tələsik, əvvəlcədən planlaşdlrılmadığı halda dünən Ukrayna gəlib. Xatırladaq ki, Consonun səfərindən bir neçə gün öncə də İngiltərə müdafiə naziri Ben Uolles də Ukraynada olmuşdu. Boris Consonun bu qəfil gəlişi güman ki, Rusiyanın son vaxtlar artan hücumları müqabilində Ukraynaya hərbi dəstəyinin artırılması zərurəti ilə bağlıdır. Bu baxımdan səfərin Ukraynanın ağır hücum silahları ilə təminatında əhəmiyyətli təsiri olacağı gözlənilir.
Eyni zamanda o da güman olunur ki, Boris Conson narahatdır ki, ondan öncə gəlmiş dörd ölkə başçısı Zelenskiyə Rusiyaya güzəştin vacibliyi ilə bağlı təsir göstərə bilərlər.Bu üzdən də İngiltərə lideri Kiyevdə Rusiya işğalına qarşı ölkəsinin sona qədər Ukraynaya dəstək verəcəyini növbəti dəfə təkrarlayıb. O da, məlum olub ki, İngiltərə hər 4 aydan bir 10 min Ukrayna hərbiçisi ə təlim verəcək. Bu isə müharibə uzanacağı təqdirdə Ukrayna ordusunun daha peşəkar və yüksək döyüş qabiliyyətinə sahib, NATO standartlarına uyğun rezerv qüvvələr hesabına hərbi üstünlüyünü ələ alması deməkdir. Eyni zamanda İngiltərənin Ukraynaya əlavə olaraq M-270 MLRS – lərin idarə olunan mərmilərlə birgə yeni partiyasını da göndərəcəyi bildirilir. Boris Consonun bu səfərindən az öncə ABŞ prezidenti Co Baydenin iyunun 15-də Ukraynaya əlavə olaraq 1 milyard dollar həcmində hərbi və humanitar yardım ayırması, Rusiyanın güclənən hücumlarına qarşı NATO- nun anqkosakson qanadının Ukraynaya dəstəyini artacağını göstərməkdədir.
Bu arada Avropa Komissiyasının iyunun 23-də toplaşaraq AB liderlər zirvə toplantısına Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verilməsi barədə tövsiyə edici qərar verməsi də, Rusiya üçün çox ağır bir geosoyasi zərbə sayıla bilər. Çünki Putinin Ukraynaya etdiyi hərbi təcavüzün əsas məqsədi bu ölkənin Qərbə inteqrasiyanın qarşısını almaq idisə, indi müharibənin gedişində birdən – birə Kiyevin AB üzvlüyünə yolu açılmış olur. Bu artıq Putinin geosiyasi məğlubiyyətinin hərbi məğlubiyyətindən öncə baş verməsi anlamına gəlir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir