KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ərdogan-Putin görüşünün Qarabagdakı son proseslərə hansı təsiri ola bilər?

Kamal Aliyev: Ərdogan-Putin görüşünün Qarabagdakı son proseslərə hansı təsiri ola bilər?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
374 1

Hal-hazırda diqqətlər Soçidə keçiriləcək Türkiyə və Rusiya dövlət başçıları arasında növbəti görüşə yönəlib.Laçın koridoru və ətrafında baş verən son eskalasiya Qarabag problemini yenidən diqqət mərkəzinə gətirib.
Həmişə vurguladıgım kimi,Azərbaycan,Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabrda imzaladıgı razılaşma kövrəkdir və problemin birdəfəlik həllini deyil,onun dondurulmasını ehtiva edir.Biz buna müvəqqəti sülh də deyə bilərik.

Şübhədiz ki,Qarabag probleminin həllində həm qlobal,həm də regional aktorların öz geopolitik maraqları,mənfəətləri var.Bunda qeyri-adı heç nə yoxdur.

Avqustun
1-ində Laçın rayonu ərazisində erməni təxribatı və Azərbaycan ordusunun adekvat cavab tədbirlərinə reaksiyalar gəlməkdə davam edir.

-Rusiyanın Qarabag iqtisadi rayonu ərazisində fəaliyyət göstərən hərbi komandanlıgı atəşkəsin Azərbaycan ordusu tərəfindən pozuldugunu deyir.Bu,bütövlükdə ermənilərin maraqlarına cavab verir.O ki qaldı Putinin bu gün TŞ-nin operativ iclasında Azərbaycan-Ermənistan arasındakı ixtilafı müzakirə etməsinə,burda qeyri-adi heç nə yoxdur.Kremlin Qarabagda bir məqsədi var:Moskva öz hərbçilərini regionda saxlamaq istəyir,Qarabag probleminin birdəfəlik həllini(yekun status) maksimum uzatmaga can atır və öz hərbçilərinə beynəlxalq mandat almaq istəyir.

-Qərbin hazırkı situasiyada mövqeyinə gəlincə,Avropa İttifaqı deskalasiyadan yanadır,Ukraynadakı müharibə və enerji maraqları fonunda Cənubi Qafqazda sülhün tərəfdarıdır.Bu gün Aİ Şurasının prezidenti Ermənistanın baş naziri N.Paşinyanla telefon danışıgı aparıb.Son Laçın hadisələrinə münasibət bildirən Aİ “Daglıq Qarabag”ifadəsi yerinə “Laçın koridoru və təmas xəttində baş verən hadisələr”ifadəsini işlədib.
Hələ ki,Aİ-nin mövqeyi Azərbaycana ən yaxın olanıdır.

-Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoglu arasında telefon danşıgı baş tutub.Blinken türkiyəli həmkarı ilə “Daglıq Qarabag”problemini də müzakirə edib və ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həllinə çalışacaqlarını deyib.Gördüyünüz kimi,ABŞ Aİ-dən fərqli olaraq Minsk Qrupu və “Daglıq Qarabag”ifadəsindən hələ də istifadə edib.Baxmayaraq ki,Azərbaycan prezidenti İ.Əliyev ATƏT-in Minsk Qrupunun mövcud olmadıgını bəyan edir.

Bu gün bir maraqlı hadisə də Xankəndidəki rus hərbi kontingentinin rəhbəri general-mayor Andrey Volkovun separatçıların nümayəndələri və müxalifət(?)ilə keçirdiyi görüşdə masanın üzərində Azərbaycan bayragının olmasıdır.Bu,müsbət haldır,ancaq ruslara çox etibar etməmək lazımdır.Ona görə ki,elə bu gün KTMT-nin katibi Stanislav Zas verdiyi rəsmi bəyanatda “Daglıq Qarabag”ifadəsindən istifadə edib.Görünür,Rusiya ikili oynayır,hiyləgərlik edir.

Beləliklə,Soçidə keçiriləcək Ərdogan-Putin görüşü daha vacib əhəmiyyət daşıyır.Ancaq bir fərq var ki,Ankara Zəngəzur yoluyla yanaşı bütün kommunikasiya xəttlərinin deblok edilməsini,Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəsə də,Rusiya ancaq nəqliyyat xəttlərinin açılmasında maraqlıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Hakan akbulut - -

    Helal olsun reis

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir