KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdogan-Paşinyan görüşü nədən xəbər verir?

Kamal Aliyev: Ərdogan-Paşinyan görüşü nədən xəbər verir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
256 0

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.Türkiyənin “Sabah”qəzetinin iddiasına görə,prezident Ərdogan Türkiyə-Ermənistan münasibətlərinin normsllaşması prosesi çərçivəsində hər iki ölkənin xüsusi nümayəndə heyətlərinin ardıcıl olaraq Ankarada və Yerevanda görüşməsini təklif edəcək.Bundan əlavə,Ərdoganın tələblərindən biri Ermənistanın təmas xəttində gərginlikdən uzaq durması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində təklifi olacaq.Nəzərə alsaq ki,N.Paşinyanın Fransa və ABŞ-a son səfərindən sonra verdiyi bəyanatlar fonunda belə nəticəyə gəlmək olar ki,erməni baş nazir sülh müqaviləsinin imzalanması istiqamətində daha istəkli görünür.Hər halda,bu,belə olmasaydı,Yerevanda nəşr olunan və Paşinyanın kurasiyasındakl “Haykakan Jamanak”qəzetində ardlcıl 2 gündə Azərbaycanın irəli sürdüyü 5 təklif haqqında fikirlər əks olunmazdı.Digər tərəfdən,Paşinyanın qəzeti dünənki sayında da konkret olaraq Rusiyanı ittiham edərək yazıb ki,Kreml Ermənistanı Belorusla eyni ittifaqda görmək istəyir.Məlumdur ki,”Haykakan Jamanak”da çıxan hər iki yazının ya müəllifi,ya da “fikir babası”elə Paşinyanın özüdür.
Konkret olaraq,Ərdogan-Paşinyan görüşünə gəlincə,şübhəsiz ki,Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ən çox maraqlı olan Qərbdir.Mən Rusiyanın Ankara-Yerevan xəttində isti münasibətlərin qurulmasında maraqlı olduguna inanmıram.Türkiyədə iyun ayında prezident və parlament seçkiləri keçiriləcək.Ehtimal edirəm ki,Ərdogan seçkiyə qədər Ermənistanla münasibətləri normallaşdırmaq və bunu birnöv siyasi kapitala çevirmək üçün müəyyən addımlar atacaq.Lakin bu dəfə Ankara Yerevanla 2009-dakı normallaşma prosesindən fərqli olaraq,siyasətini Bakı ilə koordinasiya edəcək.Xatırladım ki,2009-cu ildəki Türkiyə-Ermənistan münasibətlərinin normallaşması dövründə Ərdogan baş nazir idi.Və biz daha sonra “Sürix Protokollarl”çərçivəsində elə proseslərin şahidi olduq ki,az qalsın Türkiyə-Azərbaycan münasibətləri korlansın.Bu dəfə Ankara Yerevanla münasibətləri normallaşdırarkən,necə deyərlər,suyu üfürüb içəcək.Hal-Hazırda Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir və iki ölkə Ermənistanla sülh müqaviləsi,normallaşma prosesini birlikdə yürüdürlər.Əslində,Paşinyanın son açıqlamalarından görünür ki,o,Qarabagın ABŞ,Avropa və Rusiya tərəfindən heç vaxt tanınmayacagını dərk edir.Belə olan təqdirdə,Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasında aktivlik göstərir.Həmçinin,Paşinyana Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində Qərbdən də təzyiqlər var.Qərb hesab edir ki,Ankara-Yerevan arasında siyasi və diplomatik münasibətlərin qurulması Ermənistanı Rusiyadan bir qədər də uzaqlaşdıracaq.Bu,isə həm Qərbin,həm də Türkiyənin Cənubi Qafqazdakı geosiyasi maraqlarının təmin olunması deməkdir.Əlbəttə,Moskva da öz növbəsində Ermənistan hökumətinin siyasətini diqqətlə izləyir.Moskvanın əsas məqsədi budur ki,Ermənistan KTMT-dən çıxmasın və bu ölkəni hələ də bir müddət öz öz siyasi orbitində saxlasın.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir